Görməyə göz, duymağa ürək lazımdır

Gündən-günə qüdrətlənən, inkişaf edib yeniləşən Azərbaycanımızın dostları çoxaldıqca, düşmənləri də artır. Daxili xəyanətkarların, milli satqınların, öz şəxsi mənafeyini hər şeydən üstün tutanların iç üzü açılır. Hərəkətindən, danışığından kimin hansı mövqedə durduğunu xalq dəqiq görür və müəyyən edir.
Azərbaycanın dilbər guşəsi olan İsmayıllının son illərdəki inkişafı, buradakı siyasi sabitlik, dövlət siyasətinin uğurlu həlli bəzilərini nədənsə çox narahat edir. Kimlərsə mətbuat səhifələrində, müxtəlif saytlarda yalan və iftira yazılarla çıxış edir, nəyəsə nail olmaq istəyirlər. Belələrinə el arasında namərd, satqın deyirlər.
Bu vətənin, bu torpağın çörəyini yeyib, suyunu içib, ona xəyanət edənləri nə ulu Tanrı, nə xalq, nə də Vətən heç vaxt bağışlamayacaqdır.
Vətənini, xalqını, millətini sevən insanın gözü varsa, ətrafında gedən abadlıq-quruculuq işlərini, yenilikləri, yeni açılan iş yerlərini, durmadan artan inkişafı görməli, ürəyi varsa, sevinməlidir. Yoxsa…
Hazırda ölkənin hər yerində olduğu kimi, İsmayıllıda da Prezident İlham Əliyevin uğurlu siyasəti rayon ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənir. Müxtəlif vasitələrlə bu birliyə ziyan vurmaq istəyənlər əmin ola bilərlər ki, bu kimi hərəkətlərlə ölkədə, bölgələrdə gedən inkişafa mane ola bilməyəcəklər.
Yazmaq mərəzinə tutulmusunuzsa, yazın, amma olanı yazın! Bilin ki, bu inkişafı, yeniləşməni, şərlə, böhtanla pərdələmək olmayacaq. Şair demişkən:
Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı həqiqəti var.
Gülər Baxışova

Şərh Yaz