Şər-böhtanla çörək qazananlar

İsmayıllıdan iftira dolu yazılar yazan “qələm sahibi”nə müraciət
Son günlər İsmayıllı şəhər sakini Rauf Həsənovun təmsil olunduğu bölgə ilə bağlı bəzi radikal müxalifət qəzetlərində və saytlarında qara piar kompaniyası aparılır.
R.Həsənovun bu əməlləri İsmayıllı sakinləri tərəfindən ikrah hissi ilə qarşılanıb. Bunu rayona səfərimiz zamanı özümüz də müşahidə etdik. Bu səbəbdən də ona mətbuat vasitəsilə müraciət etməyi qərarlaşdırdıq:
“Cənab Həsənov, siz hansı mənəvi haqla, hansı ixtiyarla sürətli inkişaf yolunda olan, sosial problemləri uğurla həll olunan İsmayıllı barədə xəstə düşüncəyə əsaslanıb, müxtəlif KİV-lərə şər-böhtan ötürürsünüz. Yazılarınızı mütəmadi izləyən, rayonumuzun bu gününə sevinən, sabahına böyük ümidlə baxan bir mətbuat işçisi kimi kimliyinizi öyrənmək üçün rayona gəlməyi qərara aldım. Öyrəndiklərimə əsaslanıb, sizə müraciət etməyi özümə insanlıq borcu bildim.smayıllıdan iftira dolu yazılar yazan “qələm sahibi”nə müraciət
Son günlər İsmayıllı şəhər sakini Rauf Həsənovun təmsil olunduğu bölgə ilə bağlı bəzi radikal müxalifət qəzetlərində və saytlarında qara piar kompaniyası aparılır.
R.Həsənovun bu əməlləri İsmayıllı sakinləri tərəfindən ikrah hissi ilə qarşılanıb. Bunu rayona səfərimiz zamanı özümüz də müşahidə etdik. Bu səbəbdən də ona mətbuat vasitəsilə müraciət etməyi qərarlaşdırdıq:
“Cənab Həsənov, siz hansı mənəvi haqla, hansı ixtiyarla sürətli inkişaf yolunda olan, sosial problemləri uğurla həll olunan İsmayıllı barədə xəstə düşüncəyə əsaslanıb, müxtəlif KİV-lərə şər-böhtan ötürürsünüz. Yazılarınızı mütəmadi izləyən, rayonumuzun bu gününə sevinən, sabahına böyük ümidlə baxan bir mətbuat işçisi kimi kimliyinizi öyrənmək üçün rayona gəlməyi qərara aldım. Öyrəndiklərimə əsaslanıb, sizə müraciət etməyi özümə insanlıq borcu bildim.
Unudursunuz ki, özünüzün tərcümeyi-halı tamamilə ləkə içindədir. Həyat fəaliyyətiniz saxtalıqdan ibarətdir. Tümendən aldığınız diplom saxtadır. Saxta diplomla Vaqif Rəhimov sizi rayon İcra Hakimiyyətində qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbənin müdirliyinə qəbul etdi. Burada da saxtakarlıqla, talançılıqla köçkünlərin malını haminizlə birlikdə yediniz. Əməllərinizə görə, həbs edildiniz. Bir müddət yatandan sonra azadlığa buraxıldınız. Öz əlinizlə öz başınıza gələn bəlalardan nəticə çıxarmadınız.
Bakı şəhərində işləyəndə yeni bir saxtakarlığa qol qoydunuz. Həbsdə olduğunuzu gizlədib YAP-ın sıralarına pərçim oldunuz. Riyakarlıq, saxtakarlıq, şər, böhtan, özündə olan mənfilikləri başqasında görmə xislətinizdədir. Sizi məhkəməyə verib-verməmək onun öz işidir, ancaq yazdıqlarınızın heç biri təsdiqini tapmadı.
Güman etməyin ki, bu bəd əməllərdə, şər-böhtan atmaqda, hamıya qara yaxmaqda sizin tək olduğunuzu düşünürük. Yaxınlarınızın, qohum-əqrəbalarınızın dediyi də təsdiq edir ki, sifariş yerinə yetirirsiniz. Özünü rayon İcra Hakimiyyətində və rayonda yüksək vəzifədə görmək istəyində olanların maliyyə dəstəyi sizi məhvə aparır. Bu günün qazancı sonrakı günlərinizi qara gətirə bilər.
Nəhayət, düşünün, hansı cinayət əməllərindən keçib bu günə çatmısınız? Dərindən düşünün düz yola qayıtmaq, sizin xeyrinizə olar. Sizi çox “yaxşı” tanıdığıma görə ünvanınıza müraciət etməyi vacib saydım. Heç bir haqsız adam şər atmaqla, böhtan yazmaqla, kimisə ləkələməklə özünü haqlı kimi tanıda bilməyib. Nəticə çıxarmağınıza ümid edirik.
Orxan Həsənli
“Unikal” qəzeti, 22 sentyabr 2015-ci il tarixli nömrəsindən

Şərh Yaz