İsmayıllıda etno-irs günləri

Gənclər və İdman Nazirliyi İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə 24-27 sentyabr 2015-ci il tarixlərdə İsmayıllı rayonunun Heydər Əliyev Parkında tələbələrin iştirakı ilə etno-irs günləri keçirib.
Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi olub.
İsmayıllıda  etno-irs günləri
Tarixi və mədəni əhəmiyyəti olan layihənin icrası zamanı qonaqlar adət ənənələrimiz və mədəni irsimizlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Tədbirə qonaq qismində qatılanlara milli və tətbiqi sənət nümunələri, məhsullar təqdim olunub. Gənc aktyor və tələbələr Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını nümayiş etdiriblər. Yerli musiqiçilər qonaqlar üçün muğam və milli musiqilər səsləndiriblər.
Tədbir rəngarəng və maraqlı keçib. Qonaqların adət ənənələrimiz və milli mətbəximizlə daha yaxından tanış olmaları üçün festival zamanı yeməklərimizin hazırlanma qaydaları onlara nümayiş olunub.
Bununla yanaşı, misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də sərgi şəklində təqdim olunub.
İsmayıllıda  etno-irs günləri
Festivalda 100 nəfər yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonunda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edib.
Etno-irs günləri sərgisinin nümayişi və təqdimatı sentyabr ayının 27-də başa çatıb.
Şövqi Əhmədov

Şərh Yaz