Yaddas kitabcasi

Dağ kəndində görüş-qəbul

Brovdal və Г‡andahar kəndlərii İsmayıllı RİH başçısının Həftəso inzibati ərazi dairəsində yerləşir. Bu kəndlər rayonun ən ucqar yaşayış məntəqələridir və təbiətin gözəllikləri ilə əhatə olunub. 57 evi olan Brovdal kəndinin 171 nəfər sakini var. Kəndin 43 təsərrüfatdan ibarət olmasına baxmayaraq, burada ümumi orta məktəb və kitabxana fəaliyyət göstərir. Kənddə çox sayda meyvə bağları var ki, bu da əhalinin zəhmətkeş olmasından xəbər verir. Dağ kəndində görüş-qəbul
Avqust ayının 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüşdü. Görüş-qəbula rayonun bir sıra xidmət təşkilatlarının rəhbərləri və nümayəndələri də qatılmışdı.
Kənd sakinlərini salamlayan İcra başçısı ərazinin əsas problemləri ilə tanış olduğunu diqqətə çatdırdı. Sakinləri faydalı əməklə məşğul olmağa səslədi. Bildirdi ki, Brovdal kəndində yetişən kartof keyfiyyətinə görə nadir məhsullardandır. Odur ki, bu sahənin genişləndirilməsi böyük fayda verə bilər. Başçı qeyd etdi ki, kənddə kitabxananın olması gözəl haldır, tibb məntəqəsinin də yaradılması vacibdir. Vacib olan məsələlərin önündə isə ərazidə müəllim və tibb işçilərinin olmaması durur. Kənd məktəbində cəmi 22 şagird təhsil alır.
Dağ kəndində görüş-qəbul
Kənd sakinləri ev telefonlarının işləməməsindən gileyləndilər və mobil telefonlar üçün ötürücü stansiya qurulmasına ehtiyacdan söz açdılar, qış üçün odun tədarük işindəki problemlərdən, yolların keçilməz vəziyyətə düşməsindən əziyyət çəkdiklərini bildirdilər.
Г‡ıxış edənlər yüksək gərginlikli elektrik xəttində dirəklərin çürüyüb sıradan çıxmasını, bir neçə yerdə məftillərin həddən artıq sallanmasının təhlükəyə səbəb ola biləcəyini də diqqətə çatdırdılar.
Brovdal kəndininin sakinləri milli dəyərləri yüksək tutaraq kəndin mərkəzindəki məscidi təmir ediblər. Sevindirici haldır ki, bir vaxtlar ata-baba yurdunu qoyub gedənlər kəndə qayıdaraq ulularından qalan ev və digər tikililəri təmir edir, ağaclara qulluq göstərir, həyət-bacalarında meyvə, tərəvəz yetişdirirlər.
Söhbət zamanı məlum oldu ki, Г‡andahar kəndində 26 ailədə 106 nəfər yaşayır, təsərrüfatların sayı 24-dür.
Dağ kəndində görüş-qəbul
Buradakı məktəb isə ibtidaidir. Bu kəndlər biri-birinə yaxındır və mövcud problemləri də eynidir.
Hərtərəfli söhbətdə RİH başçısı kənd sakinlərini torpaq sahələrindən səmərəli istifadıyə dəvət etdi. Görüşə gələnlər nümayiş etdirdiyi səmimiyyət və göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq etdilər.
M.Sadıqov görüş-qəbul zamanı edilən xahişlərlə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Ş.Soltanov

Şərh Yaz