Təkrar görüşün məqsədi

II Yeniyol kəndindəki görüşdən iki həftə keçməmiş RİH başçı Mirdaməd Sadıqov kənd sakinləri ilə təkrar görüşə gəldi. Görüşdə məqsəd bir neçə gün əvvəl qaldırılmış problemlərin həllini yerində yoxlamaq və əhalinin əmək məşğulluğu istiqamətində vacib addımlar atmaqdan ibarət idi.
Təkrar görüşün məqsədi
Başçı Dövlət kreditləri hesabına kənddə yeni iş yerləri açılması istiqamətində konkret şəxslərlə həyata keçirilməsi mümkün və vacib olan layihələr ətrafında söhbət etdi. O həmçinin, kəndin işəqadir qadın və qızları üçün burada tikiş və xalça fabriki filiallarının açılmasının mümkünlüyündən danışdı.
M.Sadıqov kənd üçün perspektiv inkişaf torpaqları ayrılması məsələsində əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracağını diqqətə çatdıdı.
“İsmayıllı xəbərləri”

Şərh Yaz