Yaddas kitabcasi

Seminar maraqlı keçib

7 avqust 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsi tərəfindən rayonun idarə, təşkilat və müəssisələrində karlarla iş aparan əməkdaşlar üçün “Əmək müqavilələrinə xitam verilməsinin əsasları və qaydası” mövzusunda seminar keçirilib. Seminarı RİH aparatı Hüquq şöbəsinin müdiri Xətai Abbasov aparıb. Seminar əsas etibarilə əmək müqavilələrinin bu və ya digər halları üzrə müzakirə şəklində keçib.
Seminar maraqlı keçib
X.Abbasov tədbirdə iştirak edənlərin mövzu ilə bağlı fikir və bilgilərini dəyərləndirərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələri üzrə vacib olan izahatlar verib, O, həm də seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Seminarın kifayət qədər maraqlı keçməsi səbəbindən iştirakçılar növbəti təlimin vaxtı ilə maraqlanıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz