Gənclər radikalizmə qarşı

28 iyul 2015–“ci il tarixində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” adlı layihə çərçivəsində növbəti tədbirini İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində həyata keçirib. Gənclər radikalizmə qarşı
Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının, Uşaq, Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin və rayonun 80-nə yaxın gəncinin iştirak etdiyi tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdıqdan sonra rayonda bu sahədə aparılan maarifçilik tədbirlərindən bəhs edib.
Tədbirdə çıxış edən TUMİB-in sədri Г‡ingiz Bayramov layihə haqqında iştirakçılara ətraflı məlumat verib İndiyə kimi layihə çərçivəsində Gəncə, Lənkəran, Şirvan, Qusar və Göyçay şəhərlərində tədbirlər keçirərək ölkəmizin 500-ə yaxın gəncinə azərbaycançılığın təbliğində dini maarifçiliyin rolundan bəhs edildiyini vurğulayıb, dinin cəmiyyətin həyatında önəmli faktor olduğunu qeyd edib. Natiq, gəncləri dini radikalizmə qarşı maariflənməyə çağıraraq Azərbaycandakı milli və dini tolerantlıq mühitindən bəhs edib. TUMİB-in sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və adı çəkilən mövzuda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının xidmətlərindən danışıb. İsmayıllı gənclərini milli məfkurəmizi daha çox mənimsəməyə çağırıb.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İsmayıllı şöbəsi üzrə nümayəndəsi Tural İbrahimov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Uşaq, Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının prezidenti Sevil Yusifova, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, TUMİB-in mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, Mərkəzin sədr müavini Samir Pənalıyev çıxış edərək milli və dini radikalizmin zərərlərindən bəhs etməklə ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsinin hər bir azərbaycanlı gənc üçün iftixar mənbəyi olduğunu bildiriblər.
Natiqlər İsmayıllılı gənclərini dözümlülüyə, tolerantlığa, vətənpərvərliyə, dahi şəxsiyyətlərin formalaşdırdığı azərbaycançılıq ideologiysına layiqincə xidmət etməyə çağırıblar.
Sonda TUMİB-in sədri Г‡ingiz Bayramov gənclər arasında dini maarifçiliyin daha çox təbliğ olunması və radikalizmə qarşı mübarizə tədbirlərinin ölkə boyunca silsilə şəkilində davam etdiriləcəyini, layihənin gələcəkdə Azərbaycanın digər bölgələrində də həyata keçiriləcəyini vurğulayıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb, fəallıq nümayiş etdirənlərə təşkilatın diplomları təqdim olunub.
Zeynəb Mehdiyeva

Şərh Yaz