2015-ci ilin I yarısında rayon üzrə tikintinin göstəriciləri

Rayonda iqtisadiyyatın digər sahələrilə yanaşı tikintinin də öz xüsusi yeri var. Belə ki, rayonun tikinti müəssisələri tərəfindən öz gücləri ilə 2253,5 min manat həcmində tikinti işləri yerinə yetirmişlər. Bu ilin altı ayında yerinə yetirilmiş tikinti işlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79,0 faiz və ya 8482,1 min manat az təşkil etmişdir. Yerinə yetirilmiş tikinti işlərinin dövlət mülkiyyətində xüsusi çəkisi 23,6 faiz (əvvəlki ilin müvafiq dövründə 6,4 faiz), qeyri-dövlət mülkiyyətində 76,4 faiz (əvvəlki ilin müvafiq dövründə 93,6 faiz) təşkil etmişdir. Rayonda 2015-ci ilin altı ayında 6136,0 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas fondlar 5 dəfə çoxdur. Əsas fondların 9,7 faizini dövlət mülkiyyəti, 90,3 faizini isə qeyri-dövlət mülkiyyəti təşkil edir.
Hesabat dövründə tikintiyə qoyulmuş investisiyaların həcmi də rayonda tikintinin inkişafında böyük rol oynayır. 2015-ci ilin altı ayında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12430,6 min manat həcmində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 9,4 faiz çox investisiya yönəldilmişdir. Ümumi investisiyanın 6813,9 və ya 54,8 faizi dövlət mülkiyyətinin, 5616,7 və ya 45,2 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 92,6 faizini təşkil edərək 11512,6 min manat olmuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çox olmuşdur. Tikinti-quraşdırma işlərinin 6004 və ya 52,2 faizini dövlət mülkiyyəti, 5508,6 və ya 47,8 faizini isə qeyri-dövlət mülkiyyəti təşkil edir. Hesabat dövrü ərzində rayonda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 6700 kv.m olan, əvvəlki illə müqayisədə 19,4 dəfə və ya 6355 kv.m çox yeni yaşayış evləri istifadəyə verilmişdir ki, bunlarında hamısı qeyri-dövlət mülkiyyətinin payına düşür. Rayonun sosial-iqtisadi inkişafına aid tədbirlər planının icrası uğurla həyata keçirilir. Belə ki, rayonda hal-hazırda tikinti, abadlıq işləri gedir və tikintisi layihələşdirilən obyektlər nəzərdə tutulub.
Ə.Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz