“Kənd təsərrüfatı ili”nə töhfə –“ 103 min ton taxıl

Torpağa düşməsin havayı bir dən,
Г‡örək bol olarsa, basılmaz Vətən.
Səməd Vurğun
Ərzaq təhlükəsizliyinin təmin olunması hər bir dövlətin ən böyük vəzifəsidir. Hansı ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyiblər, onlar böyük problemlərlə üzləşirlər. Əhalisinin yarısı bölgələrdə, kəndlərdə yaşayan ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması ən böyük vəzifə olaraq qalır. Dövlətimiz özünü əsas qida məhsulları ilə təmin edir, lakin bəzi kənd təsərrüfatı məhsulları ilə – xüsusən taxılçılıq sahəsi üzrə hələ ərzaq təhlükəsizliyi tam həll olunmayıb. Odur ki, taxılçılığın inkişaf etdirilməsi prioritet olaraq qalır.
“Kənd təsərrüfatı ili”nə töhfə –“ 103 min ton taxıl
“Kənd təsərrüfatı ili”nə töhfə –“ 103 min ton taxıl
“Kənd təsərrüfatı ili”nə töhfə –“ 103 min ton taxıl
“Kənd təsərrüfatı ili”nə töhfə –“ 103 min ton taxıl
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri demişdir: “Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük.”
İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən rayonumuzda da ən geniş yayılmış sahə taxılçılıq sahəsidir. Rayon üzrə mövcud olan 33705 hektar əkinə yararlı torpaq sahəsinin hər il bir qayda olaraq 29-30 min hektarında taxıl məhsulları əkilib becərilir.
Cari ilin məhsulu üçün 2014-cü ilin payızında 20340 hektar sahədə buğda, 7872 hektar sahədə isə arpa –“ cəmi 28212 hektar sahədə taxıl əkilmişdir. Bundan başqa 3618 hektar sahədə isə yazlıq bitkilərin səpini aparılmışdır.
Sevindirici haldır ki, son üç ildə taxıl məhsullarının həcmi yüksələn xətlə artmaqda davam edir.
2015-ci ildə isə rayonumuzun tarixində rekord miqdarda –“ 103 min ton taxıl istehsal olunmuşdur. Əldə olunmuş göstəricilər nəinki rayon səviyyəsində, hətta ölkə miqyasında belə ən yüksək göstəricilərdəndir.
Dövlət Statistika Komitəsinin 06 iyul 2015-ci il tarixə taxıl biçininin gedişi barədə açıqlamasında Respublika üzrə orta məhsuldarlıq göstəricisinin 30,3 sentner olduğu qeyd edilir. Göründüyü kimi, rayonumuz ümumrespublika səviyyəsindən 6,3 sentner çox məhsuldarlıq əldə etmişdir. Bu, dəmyə şəraitində taxıl yetişdirən rayonlar üzrə ən yüksək göstəricidir. Ümumiyyətlə, 59 rayon arasında beşinci məhsuldarlıq göstəricisidir. Eləcə də respublika üzrə 100 min tondan artıq taxıl istehsal etmiş yeddi rayondan biridir.
Göründüyü kimi, rayonumuzun fermerləri çox böyük uğur qazanmışlar. Lakin, qazanılmış bu uğur son hədd deyil. Növbəti illərdə daha böyük nailiyyətlər qazanılmalıdır. Bunun üçün görülən işlərin yaxşı tərəfləri saxlanılmalı, yol verilmiş boşluqlar isə aradan qaldırılmalıdır. Bu halda daha böyük uğurlar qazanmaq olar. 2015-ci ildə fermerlərimizi uğura aparan yola nəzər salmaq yerinə düşərdi.
İlk növbədə 2015-ci ilin kənd təsərrüfatı üçün çox uğurlu bir il olması qeyd olunmalıdır. Düzdür iyun, iyul aylarında havalar bir qədər quraq keçdi. Lakin, bu taxıl yığımı zamanı məhsulun itkisiz toplanmasına şərait yaratdı. Biçin kompaniyası əsasən başa çatdıqdan sonra isə havaların yağmurlu keçməsi sonrakı əməliyyatların aparılmasına əlverişli şərait yaratdı. Lakin, qazanılmış böyük uğurun yeganə səbəbini təbiətlə bağlamaq düzgün olmazdı.
2014-cü ildə havaların həddindən artıq quraq keçməsinə baxmayaraq həmin təsərrüfat ilində də rayonumuzda hər hektardan respublika səviyyəsindən 8 sentner çox 28,1 sentner məhsul əldə olunmuşdur.
Qazanılmış uğurların ən böyük səbəbi dövlətimizin, ölkə rəhbərinin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların, subsidiyaların, güzəştli qiymətlə gübrələrin, aşağı faizlə kreditlərin və digər güzəştlərin göstərilməsi bu uğurların qazanılmasına gətirib çıxarmışdır. Bütün bu diqqət və qayğıya görə İsmayıllı fermerləri adından ölkə rəhbərinə öz minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əlaqədar buğda istehsalçılarına, eləcə də yanacaq və motor yağlarına görə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2015-ci ilə qədər 15 milyon 631 min manat dövlət büdcəsinin vəsaiti hesabına yardım olunmuşdur. 2015-ci ilin iyun ayında isə 6358 nəfər istehsalçıya becərdikləri 27957 hektar əkin sahəsinə görə 1397861 manat dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi üçün müvafiq sənədlər hazırlanaraq Respublika Komissiyasına təhvil verilmişdir. Yaxın günlərdə yardımın istehsalçılara verilməsi təmin olunacaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübrələrin dəyərinin dövlət tərəfindən ödənilən hissəsinin 50 faizdən 70 faizə qaldırılması fermerlər tərəfindən böyük rəğbətlə qarşılanmış, nəticədə sahələrə əvvəlki illərdə verildiyindən artıq mineral gübrələr verilmişdir.
Payızlıq səpin işləri aparılan vaxtı min nəfərə yaxın istehsalçı tərəfindən becərdikləri 4800 hektardan artıq sahəyə 1100 tona yaxın fosforlu gübrələr, cari ilin aprel-may aylarında rayon üzrə 900 nəfərə yaxın hüquqi və fiziki şəxs tərəfindən becərdikləri 8 min hektardan artıq sahəyə 1600 tona yaxın azotlu gübrələr verilmişdir.
Bundan başqa əkin sahələrinin 80 faizdən çoxuna alaq otlarına qarşı herbisidlər vurulmuşdur.
Yüksək məhsuldarlığa nail olmağın ən vacib şərtlərindən biri də biçin kompaniyası başa çatdırılan kimi sahələrin dərhal şumlanmasıdır. Şumun və səpinin optimal müddətdə aparılması məhsuldarlığı artıran əsas amillərdəndir. Düzdür, cari ilin məhsulu üçün 2014-cü ilin payızında havaların quraqlıq keçməsi əkin-səpin işlərini bir qədər ləngitmişdi. Yaranmış vəziyyət narahatlıq yaratdığı üçün bu məsələ 30 oktyabr 2014-cü il tarixində rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın müzakirəsinə çıxarıldı və qısa müddətdə əkin-səpin işlərinin başa çatdırılması ətraflı müzakirə olundu. Yerlərdə aparılan işləri sürətləndirmək məqsədilə aidiyyəti işçilərdən və mütəxəssislərdən ibarət qruplar yaradıldı və həmin qruplar zonalar üzrə təhkim olundu. Aparılan məqsədyönlü tədbir qısa zaman daxilində öz nəticəsini verdi və yerlərdə keyfiyyətli səpin aparıldı.
Səpin zamanı isə yüksək reproduksiyalı toxumlardan istifadə olundu. Ümumiyyətlə, rayon üzrə il ərzində aparılacaq əkinlərə altı min ton buğda və arpa toxumu tələb olunur. Toxuma olan tələbat əsasən rayonumuzda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarının hesabına təmin olunur. Ötən il həmin təsərrüfatlarda 4 min tona yaxın toxum istehsal olunmuş, bunun 1300 tonu rayonumuzun fermerlərinə satılmışdır. Bundan başqa respublika üzrə cəmi beş rayona (rayonumuz daxil olmaqla) dəyərini məhsulla qaytarmaq şərti ilə “Azərtoxum” MMC tərəfindən buğda və arpa toxumları verilmişdir. Rayonumuzun fermerləri tərəfindən cəmiyyətdən 170 ton toxum gətirilərək səpilmişdir. Bundan başqa respublikanın digər toxumçuluq təsərrüfatlarından da rayonumuza taxıl toxumları gətirilmişdir.
Yetişdirilən məhsulu itkisiz və qısa müddətdə başa çatdırılması məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, rayon icra hakimiyyətinin başçısı tərəfindən 29 may 2015-ci il tarixdə “2015-ci ilin taxıl və ot biçini mövsümündə yanğın hallarının baş verməməsi üçün görüləcək təhlükəsizlik qaydalarının həyata keçirilməsi haqqında” 77 nömrəli sərəncam imzalanmış, aidiyyəti təşkilatlara lazımı tapşırıqlar verilmişdir.
Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, taxıl sahələrində yanğın halları baş verməmişdir.
Məhsulun itkisiz və optimal müddətdə yığılması üçün rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2015-ci il tarixli “Rayonda taxıl yığımı kompaniyası ilə əlaqədar qərargahın yaradılması barədə” 80 nömrəli sərəncam imzalanmışdır.
Qərargah tərəfindən taxıl yığımının yüksək mütəşəkkilliklə və qısa müddətdə başa çatdırılmasına gündəlik nəzarət olunmuş, qarşıya çıxan problemlər vaxtında aradan qaldırılmışdır.
Rayon ərazisində kütləvi şəkildə taxıl yığımına 20 iyun tarixində başlanılmış, biçin əsasən 20 gün müddətində aparılmışdır. Gün ərzində taxıl zəmilərində 160-dan artıq kombayn məhsul toplamışdır ki, həmin kombaynların 50 ədədi rayonumuzda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsusdur. Digər kombaynlar isə kənar rayonlardan cəlb olunmuşdur.
Taxıl yığımına cəlb olunmuş kombaynların təzə və saz vəziyyətdə olması, sahələrdə həm yanğın hallarının baş verməməsinə səbəb olmuş, həm də məhsul itkisiz toplanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2015-ci il tarixli “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılmışdır.
Təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də bu yardımların, eyni zamanda mineral gübrələrin güzəştlə satılmasına görə subsidiyaların verilməsi nəzərdə tutulmuşdur.
Sərəncam barədə fermerlərə ətraflı məlumat vermək məqsədilə 09 iyun 2015-ci il tarixdə 370 nəfərdən artıq taxılçılıqla məşğul olan fermerin istirakı ilə geniş müşavirə keçirilmiş və ətraflı müzakirələr aparılmışdır. Müşavirədə Respublika Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri də iştirak etmişlər.
Hal-hazırda yerlərdə yay şumuna başlanılmışdır. Г‡alışmalıyıq ki, yüksək məhsuldarlığın əsasını təşkil edən yay şumunun optimal müddətdə başa çatdıraq. Bu yolda rayonumuzun fermerlərinə uğurlar arzulayır, “İşiniz avand olsun!” deyirəm.
Həsən Həsənov,
RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini

Şərh Yaz