Yaddas kitabcasi

Meşələri qırmayaq, qoruyaq

Bu gün gündəmdə olanən aktual məsələlərdən biri də meşələrin və ağacların qorunması məsələsidir. Bu sahədə dövlət və yerli qurumlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.Meşələri qırmayaq, qoruyaqOksigen mənbəyi olan meşələrimizi insan təhlükəsindən qorumaq üçün gənclər də təşəbbüs göstərirlər. Buna nümunə olaraq İsmayıllıda təqdim olunan “Meşələri məhv etməyək, yaşadaq” layihəsini göstərmək olar.
Azərbaycan Respublikasi Prezidenti yaninda Gənclər Fondunun elan etdiyi VI Qrant müsabiqəsinin qalibi “Meşələri məhv etməyək, yaşadaq” layihəsinin təqdimat mərasimi və ilk təlimi rayonun Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. Layihənin mahiyyəti və müəllifi Gülər Səlimli barədə qısa məlumatı RİH başçısının müavini Sevil Əhmədova verib.
Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, layihəni təqdim edən Qönçə Ağazadə layihədə qarşıya qoyulan vəzifələrdən, meşələrin insan həyatı üçün vacibliyindən söz açıb. Diskussiya şəklində edilən açıqlamalarda tədbir iştirakçısı olan gənclərdən Zeynəb Mehdiyevanın, Toğrul Qasımovun, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanovun fikirləri diqqətəlayiq olub.
Sonuncu “Anam üçün ağac əkirəm” devizi altında bu istiqamətdə işlərin aparılmasının daha əhəmiyyətli ola biləcəyi haqqında fikirlərini səsləndirib.
Tədbirdə meşə təsərrüfatının işçiləri də iştirak ediblər. Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəsmisi Cabbar Qəribov mütəxəssis mövqeyindən çıxış edərək, bu qəbildən olan layihələrin hazırlanmasında və həyata keçirilməsində mümkün köməklikləri göstərməyə hazır olduğunu vurğulayıb.
Tədbirin gedişində YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da çıxış edib.
Г‡ıxışlarda layihənin vaxtında çalınan həyəcan təbili olduğu qeyd olunub. Layihə çərçivəsində təlimlərin üç gün keçiriləcəyi, gənclərə “Ətraf mühit və insan ekologiyası”, “Sabaha yaşıl addımlar ilə” mövzularında təlimlərin keçiriləcəyi bildirilib.
Layihə çərçivəsində təlim iştirakçılarının rayon ərazisində yerləşən meşələrə ekskursiyaları da nəzərdə tutulub.
Sonda layihə təqdimatındakı fəallıqlarına görə layihənin rəhbəri G.Səlimli iştirakçılara minnətdarlıq edib.
Səadət Rəhimova

Şərh Yaz