Yaddas kitabcasi

Tibbi-Sosial Ekspertiza sahəsində köklü islahatlar

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İsmayıllı rayon şöbəsinin inzibati binasında 19 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq iş otaqları ilə təmin olunması ilə əlaqədar açılış keçirilib.Tibbi-Sosial Ekspertiza sahəsində köklü islahatlarAçılışda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikinti şöbəsinin müdiri Natiq Əzizov, Tibbi Ekspertiza və Reabilitasiya İdarəsinin rəisi İlqar Qurbanov, 19 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının nümayəndələri iştirak ediblər.
Komissiya 3 rayona –“ Qobustan, Şamaxı və İsmayıllı rayonlarına xidmət göstərəcək. Adı çəkilən rayonlarda 250 min əhali yaşayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümov vəzifəsinin icrasına başladığı gündən Tibbi-Sosial Ekspertiza sahəsində köklü islahatlar aparılmasına səy göstərib. Aparılan islahatlarda məmurla vətəndaş arasındakı münasibətləri –“ təması minimuma endirmək səbəbindən bütün işlər kompyuterləşdirilmişdir.
Belə ki, vətəndaşın tibbi mütəxəssislərdən 88 nömrəli formanı alması birbaşa sistemə ötürülür, vətəndaşa komissiyanın vaxtı bildirilir. Vətəndaş onun üçün təyin olunmuş vaxtda komissiyadan keçir və müayinənin cavabı ona dərhal bildirilir.
Komissiya üçün ayrılmış iş otaqları lazımı şərait və avadanlıqlarla təmin olunub.
Açılışda iştirak edən RİH başçısının birinci müavini R.Ağayev Tibbi-Sosial Ekspertiza qrupuna vacib və məsuliyyətli işlərində uğurlar arzulayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz