Yaddas kitabcasi

Layihə çərçivəsində tədbir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gülər Səlimlinin İsmayıllı rayonunda icra olunan “Meşələri məhv etməyək, yaşadaq!” layihəsi çərçivəsində tədbir keçirilib.Layihə çərçivəsində tədbirTədbiri giriş sözü ilə layihə rəhbəri açıb. O, layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən layihə təlimçisi Qönçə Ağazadə zəngin təbiətə malik İsmayıllı rayonunda layihənin həyata keçirilməsinin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra söz Şahdağ Milli Parkının nümayəndəsi R.Musayevə verilib. O, sözügedən layihənin həyata keçirilməsini günün tələbi adlandırıb, İsmayıllı rayonu ərazisində yerləşən meşələr, milli qoruqlar haqqında ətraflı məlumat verib.
Daha sonra söz İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyevə verilib. Yaşar müəllim öz növbəsində meşələrimiz haqqında geniş məlumatlar verməklə, ekologiyanın qorunmasında gənclərin rolunun böyük olduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. İştirakçılara layihə çərçivəsində hazırlanan bukletlər paylanıb.
Rəsmiyyə Məmmədova

Şərh Yaz