Yaddas kitabcasi

Məişət zorakılığı ilə mübarizə

1 iyul 2015-ci il tarixdə Tarix-Diyarşünaslıq Muzeyində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin seminarı keçirildi. Məişət zorakılığı ilə mübarizəMəqsəd məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması və maarifləndirmə tədbirlərinin təşkili və təbliğini genişləndirməkdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, İctimai Birliyin sədri Kamalə Məmmədova, səlahiyyətli nümayəndəsi Cəmilə Şahverdiyeva və 50 nəfərə yaxın ictimaiyyət nümayəndəsi iştirak etdi.
Tədbiri açan RİH başçısının müavini Sevil Əhmədova qonaqları salamladı, tədbir iştirakçılarına uğurlar arzuladı. İctimai Birliyin rəhbəri Kamalə Məmmədova çıxışında məişət zorakılığından, məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi.
Tədbir iştirakçıları zorakılığın yaranmasına zəmin olan məsələlərə toxundular, zorakılıq hallarının aradan qaldırılması yollarını araşdırdılar. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə mövzu ilə bağlı bir sıra maraqlı fikir və təkliflər səsləndirildi.
Gülnarə Mirzəliyeva

Şərh Yaz