Şəhid bulağı tikildi

Vətən yolunda canından keçənlər heç vaxt unudulmurlar.Şəhid bulağı tikildiOnların adlarının əbədiləşdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Brovdal bələdiyyəsi də bu cəhətdən istisnalıq təşkil etmir. Şəhid həmkəndlimiz Qabil Cavadalı oğlu Cavadovun xatirəsini əbədiləşdirmək qərarına gəldik. Bir neçə ay əvvəl onun adına bulaq inşa etmək üçün lazımi hazırlıq işləri görüldü. Hamı bu işə ürəklə qoşuldu. Hərə əlindən gələn işi gördü, yaraşıqlı bir bulaq alındı. Bu bulaqdan su içən hər kəs şəhidin ruhuna, həmçinin də onu inşa edənlərin canına dua edəcəklər.
Ağaəmi Ağayev,
Brovdal bələdiyyəsinin sədri

Şərh Yaz