140 yaşlı milli mətbuatımız

Zəngin tarixi ənənələrə malik olan Azərbaycan milli mətbuatının 2015-ci ilin iyul ayında 140 yaşı tamam olur. Görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də nəşr olunmağa başalayan “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirən “Əkinçi” qəzeti xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.140 yaşlı milli mətbuatımızXIX əsrin ortalarında Azərbaycanın sosial-mədəni şəraitini səciyyələndirən mühüm keyfiyyətlərdən biri maarifçilik ideyalarının geniş yayılması, əməli hərəkata çevrilməsi olmuşdur.
Həsən bəy Zərdabi xalqı qəflət yuxusundan oyatmaq, onu maarif və mədəniyyətə qovuşdurmaq üçün milli mətbuata böyük ehtiyac olduğunu yaxşı görürdü. O, 1870-ci ildən başlayaraq Azərbaycan dilində qəzet nəşrinə icazə almaq üçün Qafqazın rəsmi idarələrinə dönə-dönə müraciət etmişdi. Lakin onun bu təşəbbüsləri müxtəlif bəhanələrlə rədd edilirdi. Görkəmli maarifçi Həsən bəyin iradəsi və əzmi sayəsində bütün maneələr dəf olundu. Müstəsna hal olaraq Bakıda qəzet nəşrinə icazə alındı. İstanbuldan mətbəə hürufatı gətirildi. Beş illik mübarizə öz nəticəsini verdi. 1875-ci il iyul ayının 22-də “Əkinçi” qəzeti nəşrə başladı.
“Əkinçi”nin nəşrə başlaması ilə ölkənin sosial-mədəni həyatında böyük canlanma baş verdi. Qabaqcıl ziyalılarımız, yazıçı və şairlərimiz qəzet ətrafında sıx birləşdilər. Həsən bəy Zərdabi yazırdı: ”Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xüsusilə onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxanda xalqı aynada görən kimi görsün”.
“Əkinçi” və ondan sonra çap olunan nəşrlər Azərbaycanda hökm sürən savadsızlığa və cəhalətə qarşı təsirli mübarizə vasitəsi, əvəzsiz tribuna idi. Bütün məhrumiyyətlərə baxmayaraq, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir və başqaları qarşılarına qoyduqları müqəddəs missiyanı layiqincə həyata keçirirdilər.
Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsində, milli özünüdərkin formalaşmasında, ümumbəşəri dəyərlərin təbliğində böyük rol oynamışdır.
“Əkinçi” mütərəqqi ideyalar yaydığına görə cəhalətpərəstlərin, hakim dairlələrin Г‡ar Rusiyasının təyziqlərinə məruz qalmış, üç ilə yaxın bir müddətdə 56 nömrəsi çapdan çıxdıqdan sonra 1877-ci il sentyabr ayının 29-da bağlanmışdır.
“Əkinçi” bağlansa da onun demokratik ideyaları yaşayırdı. Qəzet nəinki Azərbaycan oxucularının, bütün dünyada yaşayan müsəlmanların zehinində və qəlbində özünə əbədi məskən salmışdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra milli mətbuatımız dövlətçilik, milli həmrəylik ideyalarının təbliğ edilməsi, xalqımızın vahid ideya ətrafında birləşməsi üçün böyük səylər göstərmişdir.
Azərbaycanda 1993-cü ildə media sahəsində həyata keçirilən dövlət siyasəti mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikanın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəlmişdir. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələri ilə bağlı bir neçə fərman və sərəncam imzalamışdır. Bunlar müstəqil respublikamızda milli mətbuatın, radio və televiziyanın inkişafına güclü təkan vermişdir.Ümummilli liderin ən ümdə arzusu bu idi ki, Azərbaycan mətbuatı müstəqil olsun. Ölkədə obyektiv, qərərsiz, vicdanlı mətbuat öz sözünü desin. Hər bir mətbu orqan, radio və televiziya kanalları dövlət maraqlarından çıxış etsin.
Bütün sahələrdə olduğu kimi, Ulu öndərin milli mətbuat və KİV-lərlə bağlı siyasəti də ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızn inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbilərin həyata keçirilməsinə şərait yaradır. Hazırda Azəbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, internet resursları fəaliyyət göstərir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci ilin 02 iyun tarixli 1251 nömrəli Sərəncamı milli mətbuatımıza, Azərbaycan jurnalistikasına göstərilən qayğı və diqqətin bariz nümunəsidir. Ölkənin hər yerində milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması üçün geniş hazırlıq işləri aparılır. Ölkə miqyaslı tədbirlər, zonalar üzrə konfranslar keçirilir.
İyulun 8-də Qəbələ rayonunda milli mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş zona konfransı keçirildi. Konfransda rayonumuzun nümayəndələri də iştiak etdilər. Zona tədbirində milli mətbuatımızın yaranması, inkişafı və gələcək prespektivləri barədə geniş müzakirələr aparıldı, dəyərli fikirlər söyləndi.
Rayonumuzda da milli mətbuatımızın yaranmasının 140 illik yubileyi geniş qeyd olunur. Təhsil, səhiyyə, mədəni-maarif müəssisələrində, idarə və təşkilatlarda milli mətbuatımızın yaranması ilə bağlı müxtəlif tədbirlər, konfrans və seminarlar keçirilir, dəyirmi masalar təşkil olunur. Yubileylə bağlı rayon İcra Hakimiyyətinin tədbirlər planınında nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilir.
Milli məbuatımızın yaranması ilə bağlı əhaliyə geniş informasiya çatdırılır. Bu işin öhdəsindən “İsmayıllı xəbərləri” qəzeti layiqincə gəlir. Milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə xalqımızı, qələm sahiblərini, yaradıcı insanları, KİV sahəsində çalışanların hər birini ürəkdən təbrik edir, mətbuatımızın inkişafı və yüksəlişi naminə onlara can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Murad Məhərrəmov,
RİH-nin baş məsləhətçisi

Şərh Yaz