İsmayıllı təhsil işçiləri şimal bölgəsinə ekskursiya etdilər

Hər il olduğu kimi, bu il də ATİAHİ RK-si təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkil edilməsinə və sağlamlığı qayğısına qalmağa xüsusi diqqət ayırmışdır. İsmayıllı təhsil işçiləri  şimal bölgəsinə ekskursiya etdilərİstirahət günlərində müxtəlif idman yarışları təşkil edilmiş, qaliblər mükafatlandırılmışdır. Sağlamlıqlarını bərpa etmək üçün müxtəlif xəstəliklər üzrə müraciət etmiş 40 nəfərdən çox təhsil işçisinə müxtəlif sanatoriyalara Respublika Komitəsinin köməkliyi ilə göndərişlər verilmişdir. Yay məzuniyyəti dövründə də ATİAHİ Respublika Komitəsinin Nabranda açılmış “Təhsil” istirahət mərkəzində 20 nəfərdən çox müəllimin istirahəti planlaşdırılmışdır. Bundan əlavə, təhsil işçilərinin respublikanın müxtəlif tarixi yerlərinə ekskursiyaları və turist gəzintiləri təşkil olunur, yay məzuniyyətinin səmərəli keçməsi üçün müvafiq tədbirlər görülür.
Bu günlərdə bir qrup təhsil işçisinin ölkəmizin şimal bölgəsinə – Quba, Qusar rayonlarına ekskursiyası təşkil olunmuşdur. Təhsil işçiləri Quba şəhidləri memorial kompleksində olmuş, 1918-ci ildə erməni soyqırımı nəticəsində qətlə yetirilmiş azərbaycanlı soydaşlarımızın qəbirlərini ziyarət etmiş, tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşlar. Sonra Qubanın “Qəçrəs”, “Nazlı bulaq” kimi əsrarəngiz gözəlliyi olan istirahət məkanlarında səmərəli istirahət etmişlər.
Təhsil işçiləri daha sonra Qusar rayonuna ekskursiya etmiş, təmiz və səliqəli olan Qusar şəhərində son illərdə tikilmiş binalara tamaşa etmişlər. Ölkə prezidentinin yaxından qayğı və diqqəti sayəsində tikilmiş “Şahdağ” qış idman kompleksi ilə tanışlıq hər kəsin ürəyincə oldu. Burda olan dağ şəlalələrinin gözəlliyi, qayalıqların əzəməti, xüsusən sərin havası hər kəsi valeh etmişdir. Yol boyunca səliqəli bol məhsullu meyvə bağlarını, yaşıllıqları seyr etdikcə vətənimizin hər bölgəsinin necə gözəl olduğunu, sürətlə inkişaf etdiyini görüb insan daxilən rahatlıq və fəxarət duyur.
Təhsil işçilərinin yay məzuniyyəti dövründə səmərəli istirahət etmələri üçün müvafiq tədbirlər davam edir.
Hafiz Kərimov,
ATİAHi İsmayıllı RK-nin sədri:

Şərh Yaz