“Üfüq”ün maarifləndirmə tədbiri

2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilən İsmayıllıda QHT-lərin, ictimai təşkilatların, idman sahəsində çalışanların tədbirləri intensiv xaraker alır. 8 iyun 2015-ci il tarixdə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin həyata keçirilməsi” adlı tədbiri daha diqqətçəkən olub.“Üfüq”ün maarifləndirmə tədbiriTədbiri təşkil edən rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin nümayəndələri, müxtəlif sahələrdə çalışan gənclər, kollec tələbələri, peşə tədris mərkəzinin şagirdləri layihənin icrasında fəal iştirak ediblər.
İlk olaraq mövzuya aid (informasiya təhlükəsizliyi.) film nümayiş etdirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova giriş nitqi söyləyib.
“Üfüq”ün maarifləndirmə tədbiriİctimai birliyin sədri Nail Şükürov və layihə eksperti Səbuhi Hüseynov çıxış ediblər.
İştirakçıların təşkilatçılar və layihə icraçıları ilə dialoqu Qarabağ həqiqətlərini öyrənib yaymaq baxımından faydalı olub.

“İsmayıllı xəbərləri”

Şərh Yaz