Müqəddəs borcumuz

1 İiyun –“ Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqlar hamıya əziz və sevimlidir. Hər yerdə onlara qayğı xüsusi əhəmiyyət kəsb edir. Xalqımızda uşaqlara xüsusi məhəbbət var. Xalqımız ta qədimdən uşaqsevərliyi ilə fərqlənmiş, bu səbəbdən də ailələrin əksəriyyəti çoxuşaqlı olmuşdur.
Ulu öndər demişdir: “Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur”. Ümummilli lider valideynsiz uşaqlara, fiziki cəhətdən qüsurlu, şəhid ailələrinin uşaqlarına da xüsusi qayğı göstərməyi vacib sayırdı.
Müqəddəs borcumuz1iyun günü Heydər Əliyev adına Parkda qələbəlik idi. Park əlvan geyinmiş uşaqların ixtiyarına verilmişdi. Yaşıl otlar və çiçəklər içərisində qaçışan bu uşaqlar qayğısız kəpənəkləri xatırladırdı. Uşaqları müşaiyət edən valideynlər, babalar və nənələr onları sakitliyə, intizama dəvət etsələr də bir şey alınmırdı. Balacalar öz aləmlərində idilər. Hərəsi ürəyincə olan attraksionlara tərəf cumur, mümkün imkanlardan istifadə etməklə istəyinə çatmağa tələsirdi. Axı belə fürsət hər zaman ələ düşmür. Əslində, buradakı əyləncələrin hamısı uşaqlara məxsusdu. Adi günlərdə istədikləri qədər əylənə bilərlər. Ancaq bu gün adi günlərdən daha çox uşaq var və çətin ki, hamıya növbə çata. Həm də karusellər günortaya qədər uşaqlara pulsuz xidmət göstərəcəkdi. Körpələr heç bir qorxu olmadan burada istədikləri qədər qaçdı-qovdu oynaya bilərlər.
Park uşaqların ixtiyarında idi. Onlar bayramlarını –“ 1 İyun –“ Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etməyə toplaşmışdılar. Tədbirə şəhərlə bərabər yaxın kəndlərin uşaq bağçalarından, həmçinin şəhərin bəzi məktəblərinin ibtidai sinif şagirdləri də qatılmışdı. Uşaqlar üçün iaşə xidməti də təşkil olunmuşdu. Г‡ay içmək, müxtəlif su və şirələrdən istifadə etmək olardı. Şən musiqi sədaları ətrafa yayılırdı. RİH aparatının və RTŞ-nın işçiləri tədbirə qatılmışdı.
Tədbirin açılışından sonra söz RİH başçısının müavini Sevil Əhmədovaya verildi. O, bayram münasibətilə tədbirə toplaşanları təbrik etdi, onlara möhkəm can sağlığı arzuladı. Qeyd etdi ki, ölkəmizdə uşaqlara yüksək səviyyədə qayğı göstərilir. Ölkə Prezidenti və hökumətimiz bu sahəyə qayğını özlərinin ən prioritet işi sayır. Ölkəmizdə, eləcə də rayonumuzda bu bayram hər il yüksək səviyyədə qeyd edilir. Bu gün valideynlərin xüsusi fəallığını müşahidə edirəm. Elə edək ki, bu bayram uşaqların yaddaşlarında unudulmaz gün kimi qalsın. Qoy həmişə sülh, əmin-amanlıq olsun, balalarımız dinc və təmiz səma altında yaşasınlar.
Bayram mahnısız, rəqssiz, şeirsiz olmur. Şux mahnılar səslənir. Al qırmızı paltar geyinmiş kiçik qızlar “Lalələr” mahnısının sədaları altında rəqs edirlər və canlı, təbii lalələri xatırladırdılar. Balacalar əsl sənətkarlar kimi, məharətlərini göstərirdilər. Hər bağça öz bacarığını, özünün ən yaxşı nömrəsini nümayiş etdirməyə çalışırdı.
İsmayıllı RTŞ metodik kabinetin direktoru Hümbət Əsədov da uşaqları təbrik etdi, onlara sağlamlıq və xoşbəxtlik arzuladı. Ölkədə olduğu kimi, rayonumuzda da uşaqlar həmişə diqqət mərkəzində saxlandığını bildirdi. Növbəti dərs ilində birinci sinfə gedəcək bir qrup fəal uşağa RTŞ-nin tərifnaməsi və hədiyyəsi təqdim etməyi RİH başçısının müavini S.Əhmədovadan xahiş etdi.
Tədbirdə fiziki cəhətdən qüsurlu uşaqlar da unudulmadı. Ailə və Uşaqlara Dəstək Mərkəzinin könüllüsü Nilufər Г‡ələbiyeva tədbir iştirakçılarını, doğum günü bu günə düşən Aydanı da səmimi-qəlbdən təbrik etdi.
Uşaqlar öz bayramlarına gözəllik qatdılar, mahnı oxuyub, rəqs etdilər, Vətən, ana, bayraq haqqında şeirlər söylədilər, səhnəciklər göstərdilər.
Tədbir məşhur “Qoy həmişə Günəş olsun, qoy həmişə anam olsun, mən də olum həmişə”mahnısı ilə başa çatdı.
B.Babayev

Şərh Yaz