İstirahət üçün hər cür şərait yaradılıb

Azərbaycan möhtəşəm idman bayramını – “Bakı-2015” I Avropa Oyunlarını böyük hazırlıqla qarşılayır. Artıq ötən hər gün bizi bu möhtəşəm beynəlxalq tədbirə yaxınlaşdırır. Ayrı-ayrı Avropa ölkələrindən 6000 idmançının iştirak edəcəyi bu tarixi tədbirə görə təbii ki, ölkəmizə çoxsaylı tamaşaçı, turist axını da olacaq. Əlbəttə, turistlər paytaxtımızla yanaşı, həm də respublikamızın bölgələri ilə də tanış olmağa maraq göstərəcəklər. O cümlədən Azərbaycanın mirvarisi – gözəl İsmayıllıya da gələnlər az olmayacaq. Bəs, öz gözəl təbiəti, tarixi abidələri və qədim məskənləri ilə tanınan İsmayıllıda bununla əlaqədar nə kimi hazırlıq işləri görülüb?İstirahət  üçün hər cür şərait yaradılıb
İstirahət  üçün hər cür şərait yaradılıbRayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində hələ qabaqcadan gənclərin, idmançıların, ziyalıların, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib, lazımi məsləhətləşmələr aparılıb. Artıq rayondakı mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərində turistlərin qarşılanması, mənalı istirahəti və gəzintisi üçün hər cür şərait yaradılıb.
İstirahət mərkəzləri, qonaqların maraq dairəsində olan Lahıc və Basqal qoruqları turistlərin qarşılanmasına tam hazırdır. İstirahət mərkəzlərində milli mətbəximizin təbliği üçün müəyyən işlər görülüb. Heydər Əliyev Mərkəzi, İsmayıllı və Lahıc Tarix-Diyarşünaslıq Muzeyləri, rəsm qalereyası, zəngin təbiəti olan Lahıc və Basqal qoruqları, müasir görkəmi ilə fərqlənən İvanovka turistlərdə rayonumuz, eləcə də respublikamız haqqında zəngin təəssürat doğuracaq.
Lahıc sənətkarları turistlər üçün I Avropa Oyunlarını tərənnüm edən əl işləri, suvenirlər hazırlayıblar. Sözsüz ki, qədim Lahıcın misgərlik və digər sənətkarlıq nümunələri, Basqalın kəlağayısı rayona gələn qonaqları özünə cəlb edəcək.
İstirahət  üçün hər cür şərait yaradılıb
İstirahət  üçün hər cür şərait yaradılıbTurist marşrutları üzərində rayonun qədim tarixi, mədəniyyəti, memarlıq abidələri, el sənətkarlığı, folkloru, müasir infrastrukturu, istehsal sahələri, təhsili, mədəniyyəti, idman uğurları barədə zəngin məlumat lövhələri quraşdırılacaq. Bu məqsədlə bir neçə turizm marşrutu müəyyən edilib. Kənd və qəsəbələrə gedən yollar abadlaşdırılıb. Həmçinin, rayonumuzun tarixi keçmişini əks etdirən qədim qalalara gəzintilər də nəzərdə tutulub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz