Azərbaycanın ən böyük uğuru

YAP İsmayıllı rayon təşkilatı Gənclər və İdman İdarəsi ilə birgə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri rayonun Tarix-Diyarşünaslıq Muzeyində keçirib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Azərbaycanın ən böyük uğuruVətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan –“ ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevdir.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxışında ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilməsindən, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmasından, ölkəmizin sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasında danışıb. Bildirib ki, ulu öndərin qətiyyətli siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz sürətli və dinamik inkişaf yolu ilə inamla irəliləyir.
Bu gün Azərbaycanın çox mötəbər idman oyunlarına ev sahibliyi etməsi və sivil Avropanın idman ictimaiyyətinin 23 yaşlı gənc bir dövlətə – ölkəmizə gəlişi hər birimizi ürəkdən sevindirir. Bu uğurlar ümummilli lider Heydər Əliyevin qüdrətindən bəhrələnir, onun siyasətinin davamının etibarlı əllərdə olmasından və xalq tərəfindən dəstəklənməsindən xəbər verir.
R.Qasımov

Şərh Yaz