Uşaqlar razı qaldılar

İsmayıllı rayon Mərkəzləşmiş Kitabxana Sisteminin uşaq şöbəsi mütamadi olaraq maraqlı tədbirlər həyata keçirir. Balaca oxucular bu tədbirləri sevir və onlarda yaxından iştirak edirlər. Bu yaxınlarda isə şöbədə 1iyun –“ Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maraqlı tədbir oldu. Kitabxananın müdiri Rəna Süleymanova tədbiri açaraq uşaqları bu bayram münasibətilə təbrik etdi, ölkəmizdə onlara göstərilən qayğıdan söz açdı.
Balacalar da bayrama əliboş gəlməmişdilər. Onların ifasında Vətəni, torpağı, sülhü vəsf edən şeirlər səsləndi. Oxu zalının müdiri Sevda Bəxtiyarova balacaları G.İbrahimovanın yenicə çapdan çıxmış bir neçə nağılı ilə tanış etdi və nağılların tərbiyəvi əhəmiyyətindən söz açdı. Uşaqlar tədbirdən razı qaldılar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz