Böyük coşqu ilə

Birinci Avropa Oyunlarına dəstək məqsədilə Azərbaycana gələn Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə ölkənin Şimal-Qərb bölgəsinə səfər ediblər. 9 iyun 2015-ci il tarixdə velosipedçilər İsmayıllıda olublar.Böyük coşqu iləQəbələ-İsmayıllı sərhədindən başlayaraq 20 nəfər yerli velosipedçi qonaq idmançıları müşaiyət etmiş, Avropa Oyunları məşəlinin qəbulu zamanı tətbiq olunmuş idmançıların üzərinə qızılgül ləçəkləri səpilməsi ənənəsini davam etdiriblər. İsmayıllı velosipedçiləri peşəkar həmkarlarını böyük coşqu ilə qarşılayandan sonra Ağsu rayonunun sərhəddinə qədər yola salıblar.
Velosipedçilərin Balakəndən başlayan yürüşü Bakıda başa çatacaq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz