Diqqətli olaq, fəal iştirak edək

16 may 2015-ci il tarixdə rayon Statistika İdarəsinin akt zalında inzibati ərazi dairələri üzrə nümayəndələrin müavinləri ilə seminar keçirilib.Diqqətli olaq, fəal iştirak edəkTədbirdə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, İsmayıllı rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov iştirak edib.
Tədbiri giriş sözü ilə açan R.Səmədov qarşıda duran vəzifələrdən danışıb. O qeyd edib ki, ölkənin şəhər və rayonlarını nurlandırmaqda davam edən I Avropa Oyunlarının məşəli may ayının 26-da İsmayıllıda olacaqdır. Məşəlin qarşılanma mərasiminin təşkili hər birimizdən diqqətli olmağı, bu tədbirdə fəal iştirak etməyi tələb edir.
Rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrin müavinləri qarşısında Statistika İdarəsinin rəisi Ə.Əzizov 2015-ci il iyunun 1-i vəziyyətinə kənd təsərrüfatının siyahıya alınması ilə əlaqədar 2 nömrəli siyahıyaalma vərəqəsinin doldurulması qaydaları barədə məlumat verib.
RİH başçısının Qubaxəlilli, Topçu, Talıstan kənd İƏD-ləri üzrə nümayəndələrin müavinləri geniş və vacib məlumat üçün Ə.Əzizova razılıqlarını bildiriblər.
Seminar-müşavirə gündəlikdən irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq qərar qəbul edib.
Ehtiram Manafov,
İsmayıllı RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Şərh Yaz