Nümunəvi ailələr bayram tədbirində

May ayının 15-də İsmayıllı Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edənlər ailənin cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə ona göstərilən diqqətdən, ailə dəyərlərindən bəhs ediblər. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı ailəsi gözəl xüsusiyyətləri, əxlaqı ilə bütün dünyaya əsl nümunədir. Bəşəriyyətə neçə-neçə qəhrəman oğul və qızlar bəxş edən Azərbaycan ailəsi öz milli mentaliteti, ailə başçılarına qoyduğu dəyərə və yüksək əxlaqi xüsusiyyətlərinə görə daim seçilir.
Tədbirdə yeni qurulan ailənin nişan mərasimi, digər gənc ailənin isə nikah mərasimi keçirilib, həmçinin uzunömürlü, nümunəvi ailənin –“ Həmzəyevlər ailəsinin 65 illik yubileyi qeyd olunub.
YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin və Qadınlar Şurasının yaxından iştirakı ilə keçirilən tədbirdə rayon ərazisində yaşayan xeyli orta yaşlı və gənc ailələr iştirak edib, nümunəvi ailələrə xatirə hədiyyələri təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.
R.Qasımov

Şərh Yaz