İstedadlılar mükafatlandırıldı

İsmayıllı Rayon İcra Hakimiyyəti Rayon Təhsil Şöbəsi ilə birgə dövlət təhsil, gənclər və idman siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətləri mütəmadi təqdir edir, qalibləri növbəti qələbələrə səfərbər edən tədbirlər həyata keçirir. İstedadlılar mükafatlandırıldıGənclər Mərkəzində 22 may 2015-ci il tarixdə keçirilən toplantıda bütün il boyu əqli, elmi, fiziki, bilik və yaradıcılıq istiqamətlərində güclü potensialını nümayiş etdirmiş məktəblilərə və gənclərə layiq olduqları mükafatlar təqdim edilmişdir.
Təhsilin, elmin inkişafında, rayonun yeniləşməsində, tikilib qurulmasında, gənclərin növbəti vəzifələrin icrasına səfərbər edilməsində daha çox xidməti olan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başlanğıcda çıxış etmiş, Azərbaycan təhsilinin, bütövlükdə ölkənin inkişafında müəllimlərin, şagirdlərin, gənclərin üzərinə düşən vəzifələrdən ətraflı danışmışdır.
Rayon Təhsil Şöbəsi müdirinin müavini Rahim Baxışov tədris ili müddətində qazanılan nailiyyətlərdən, rayon mədəniyyət və turizm şöbəsi, rayon gənclər və idman idarəsi ilə birgə keçirdikləri yarışların, müsabiqələrin yüksək nəticə verməsindən, innovativ təhsildə qazanılan uğurlardan danışmışdır.
Müxtəlif nominasiya və yarışlarda qalib gələn şagirdlərin müəllimlərinə və komandaların məşqçilərinə RİH başçısının təşəkkürnaməsini və mükafatları RİH başçısının müavini Sevil Əhmədova təqdim etmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi “Şahin” hərbi idman oyunlarında Respublika üzrə III yeri tutmuş şəhər 6 nömrəli tam orta məktəbinin komandasına, VIII Respublika spartakiadasında həndbol üzrə III yeri tutmuş İvanovka kənd tam orta məktəbinin qızlardan ibarət komandasına, 13 yaşlı futbolçu qızlar arasında keçirilmiş Respublika birinciliyində çempion adını qazanmış Hacıhətəmli kənd tam orta məktəbinin komandasına, fənn olimpiadalarının, şahmat yarışının, rəsm və inşa müsabiqələrinin, informatika və onlayn olimpiadalarının, gənc xilasedicilər və yanğınsöndürənlərin yarışının, digər bilik yarışlarının və intellektual oyunların respublika miqyaslı qaliblərinə mükafatlar, medallar, hədiyyələr və diplomlar təqdim olunmuşdur.
“İsmayıllının elektron turizm portalı” layihəsinin hazırlanması və təqdimatında böyük əmək sərf etmiş “İnnovasiya mərkəzi”nin üzvlərinə mükafatları təqdim edən Mirdaməd Sadıqov qeyd etmişdir ki, Respublika rayonları arasında ilkin olan bu layihə digər yerlərdə də artıq öz tətbiqini tapır.
Müxtəlif idman növləri üzrə Federasiyaların rayon filiallarının təsis edilməsi də ilkin təşəbbüs kimi İsmayıllıya məxsusdur. Qalib idmançılara mükafatları da həmin rayon filiallarının sədrləri təqdim etdilər.
Bütün əvvəlki illərdən daha fərqli nailiyyətlərə çatan məktəblilər bu tədbirdən növbəti dərs ili üçün səfərbəredici enerji götürdülər.
Gülnarə Mirzəliyeva
İstedadlılar mükafatlandırıldı

Şərh Yaz