Xankəndi və Bizlan kəndlərində səyyar-görüş qəbul keçirilb

21 may 2015-ci il tarixdə RİH-nin başçısı Mirdaməd Sadıqov Xankəndi kəndində vətəndaşlarla görüşüb. Son illər respublikada və rayonda görülən işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.Vətəndaşlar isə ümumi və fərdi problemlərini dilə gətiriblər. Baş verən torpaq sürüşməsi zamanı evləri qəzalı vəziyyətə düşən sakinlər dərdlərinə çarə diləyiblər. Müraciətlər içərisində Basqal-Xankəndi yolunun təmiri, tibb məntəqəsinin açılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, kəndin qazlaşdırılması, kəndi iki yerə bölən Mücü çayında sahilbrkitmə işlərinin aparılması səsləndirilib.
Bütün müraciətləri dinləyən RİH başçısı M.Sadıqov müvafiq qurumlara aidiyyəti tapşırıqlar verib.
Bizlan kəndində də sakinlər qazlaşma, elektrik dirəklərinin dəyişdirilməsi, kənd yollarının bərpası ilə yanaşı son günlər su vurmayan artezian quyusunun fəaliyyətinin bərpa edilməsini xahiş etdilər. Diqqətə çatdırılan problemlərlə bağlı aidiyyəti idarə və müəssisə rəhbərləri müvafiq tapşırıqlar aldılar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz