Yaddas kitabcasi

Qələbə-70 Hər kim yüz yaşasa…

Faşizm üzərində Qələbənin 70 illiyi ilə yanaşı rayonda əsl bayram kimi maraqlı olan bir tədbir də qeyd edildi. May ayının 4-də “Gülüstan” şadlıq sarayında müharibənin alovlarından keçmiş veteran, rayonun Qalınçaq kənd sakini Bilal Əliyevin anadan olmasının 100 illiyi təntənə ilə qeyd edildi. Rayonun müharibə, əmək və Qarabağ döyüşlərinin veteranları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, həmçinin ictimai təşkilatların rəhbərləri və nümayəndələri də bu şənliyə qatılmışdılar. Tədbirin aparıcılarının giriş sözündən sonra müğənni Rövşən Teyyubovun ifasında “Ölkəm” mahnısı səsləndi.
Söz İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova verildi. Natiq Qələbənin 70 illiyinin qeyd edilməsi münasibətilə veteranları təbrik etdi, xalqımızın bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Qələbə-70  Hər kim yüz yaşasa...
Qələbə-70  Hər kim yüz yaşasa...
Qələbə-70  Hər kim yüz yaşasa...
Azərbaycan neftçiləri cəbhəni yanacaqla təmin edirdi. Hərbi texnikanın, təyyarələrin 70-80 faizi neftçilərimizin yola saldığı yanacağın hesabına hərəkət edirdi. Sonra M.Sadıqov cənab Prezident İlham Əliyevin salamlarını yubilyara və ismayıllılara yetirdi.
Başçı qeyd etdi ki, Bilal Əliyevin 100 illiyi münasibətilə cənab Prezident onu minik avtomobili ilə mükafatlandırıb. Bilal kişi zəhmət adamı olub, həmişə əməklə dostluq edib, yaxşı övladlar tərbiyə edib. Onun sinəsini 14 döyüş ordeni və medalı bəzəyir. Başçı M.Sadıqov minik maşınının açarını alqış sədaları altında B.Əliyevə təqdim etdi.
B.Əliyev göstərilən qayğıya görə prezident İlham Əliyevə səmimi təşəkkür və minnətdarlığını bildirdi.
Aparıcılar məclisdəkiləri bir əsr ömür sürmüş veteranın həyat yolu ilə tanış etdilər. Bildirildi ki, yubilyarın Avropa və dünya çempionu olan nəvəsi Tuncay Əliyev Daxili İşlər Nazirliyinin qərarı ilə polis orqanında işə qəbul olunub. Buna görə Tuncay Prezidentə və M.Sadıqova minnətdarlıq etdi.
Aşıq Yanvar Bədəlovun ifasında mahnı səsləndi.
Məclisdə iştirak edən millət vəkili Novruzəli Aslanov veteranları və yubilyarı təbrik etdi, xalqın rifahının günü-gündən yaxşılaşdığını, Azərbaycanın prezidenti İlham Əliyevin bu sahəyə xüsusi qayğı göstərdiyini vurğuladı. Hamıya xoş arzularını çatdırdı.
Dövlət qulluğu veteranı Valeh Salehov çıxışında veteranlara göstərilən qayğıdan geniş söz açdı. Qələbənin 70 illiyi münasibətilə qalibləri, veteranları salamladı.
İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov da çıxışında veteranları salamladı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun təbrikini yubilyara, tədbir iştirakçılarına çatdırdı.
İsmayıllı Rayon Müharibə Veteranları Şurasının sədri Abduləli Əliyev 1941-1945-ci illərin od-alovundan keçən döyüşçüləri, məclisə toplaşanları yubileylər münasibətilə təbrik etdi və qələbədə həmyerlilərimizin də payının olmasını söylədi.
Şəhər 6 nömrəli tam orta məktəbinin hərbi forma geymiş bir qrup şagirdi tədbirdə çox fəal iştirak etdi. Onların ifasında səslənən marşlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Şagirdləri tədbirə məktəbin hərbi hazırlıq fənni üzrə müəllim Əsgər Manafov hazırlamışdır. Şagirdlərin ifasında Azərbaycan əsgərinə həsr edilmiş şeirlər səsləndi. Məktəblilər yubilyar üçün hazırlanmış tortu kəsdilər. Bunu estafetin gənc nəslə təhvil verilməsi kimi də qəbul etmək olardı.
Sonda yubilyarın böyük oğlu Sahib Əliyev çıxış etdi:
– Bugünkü tədbirdə atam və ailəmiz haqqında deyilən xoş və səmimi sözlərə görə hamınıza ailəmiz adından minnətdarlıq bildirirəm. RİH başçısı Mirdaməd müəllimi bu tədbiri təşkil etməklə bizi xeyli sevindirdi, çox sağ olsun, ona təşəkkür edirik. Atama verilən minik avtomobili üçün cənab Prezidentə ailəliklə minnətdarlığımızı bildiririk.
Belə xoş gündə sözsüz ki, mahnısız, musiqisiz keçinmək olmazdı. Aşıq Yanvar Bədəlov gənclik şövqü ilə məclis iştirakçılarına xoş ovqat bəxş etdi. Müğənnilər –“ Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun oxuduqları mahnılar dəfələrlə alqışlandı.
Həmin gün yubilyarın ünvanına xeyli xoş sözlər söyləndi. Digər veteranlara da arzu etdilər ki, qalib əsgər kimi ömrün növbəti əsrini yaşasınlar. Gözəl arzudur. Şair isə belə deyib: “Hər kim yüz il yaşamasa, günah onun özündədir”.
Sonda başçı M.Sadıqov veteranların hər birinə yüz il yaşamağı arzuladı. Ömrün 100 illik finişinə çatan hər bir müharibə veteranına minik avtomobili veriləcəyini söylədi.
Ş.Soltanov
B.Babayev

Şərh Yaz