Yaddas kitabcasi

Sabitlik əsas istiqamətlərindəndir

Anadan olmasının 92-ci ilini yüksək səviyyədə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin irsi xalqımızın milli sərvətidir. Yüksək idarəçilik istedadına sahib olan Heydər Əliyev irsini əlbəttə, bir çıxışla izah etmək mümkün deyil. Buna ən uzun ömür də kifayət etməz. Xalqını ürəkdən sevən, ona ömrünün qalan hissəsini bağışlayan böyük azərbaycanlı məhz Heydər Əliyev olmuşdur.
Г‡ox mürəkkəb bir şəraitdə ikinci dəfə idarəçiliyə qayıdan Heydər Əliyev ictimai-siyasi sabitliyə nail olmağın elə bir modelini yaratdı ki, bunu XX əsr boyu heç kəs, heç bir dövlət xadimi etməmişdi.
O, ictimai-siyasi sabitliyə nail olarkən zor işlətməyi inkar etdi və üzünü arxalandığı xalqına tutaraq müraciət edirdi. İstər Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edən silahlı dəstələri geri oturdarkən, istərsə də, Gəncə və Lənkəranda məlum hadisələr zamanı hansısa bir fiziki güc tətbiq edilmədi. Xarici qüvvələrin təhriki ilə Azərbaycanda ictimai-siyasi gərginlik yaratmağa səy göstərən qüvvələri dəf etmək üçün Heydər Əliyev xalqa müraciət etdi. Həmən xalqa ki, Ulu öndərin hakimiyyətə qayıdışını qəlbən istəyir, bundan ötrü sıx birləşməyi bacarırdı.
Dövründən asılı olmayaraq özünə xaricdə havadar tapan, onların vasitəsi ilə maliyyələşən bəzi üzdəniraq azərbaycanlılar (əgər onlara azərbaycanlı demək mümkündürsə) dəfələrlə ölkəmizdə ictimai-siyasi sabitliyin pozmağa cəhd göstərmişdilər. Amma Heydər Əliyev siyasətinin davamlı olduğunu, bu gün də siyasi sabitliyi qorunmasını prioritet sayan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırdığını unudurlar. Unudurlar ki, 1994-cü il oktyabrında və 1995-ci ilin martında edə bilmədiklərini bu gün heç edə bilməzlər. Ona görə ki, xalq bu gün hakimiyyətlə birgədir. Yəni Konstitusiyada olduğu kimi, hakimiyyətin mənbəyi xalqdır. Bu yekdillik indi daha da möhkəmlənib. Cənab Prezidentin vurğuladığı kimi “Biz xalqımızın rifahını qoruyuruq”.
Azərbaycanda keçiriləcək Avropa oyunlarına sayılı günlər qalır. Xarici və daxili qüvvələr əlbəttə, 2012-ci ildə olduğu kimi, ictimai-siyasi sabitliyi pozmağa səy göstərəcəklər. Bundan ötrü hər vasitəyə əl atacaqlar. Azərbaycanı nüfuzdan salmaq, onun uğurlarına kölgə salmaq onların ən böyük arzusudur. Onların istəklərini ürəklərində qoymaq hər bir azərbaycanlının işidir.
Tutduğu vəzifədən, cəmiyyət daxilindəki mövqedən asılı olmayaraq hər kəs belələrini vaxtında ifşa etməli, ictimai-siyasi sabitliyin qorunması üçün məsuliyyət daşımalıdır.
Unutmaq olmaz ki, Heydər Əliyevin ictimai-siyasi sabitliyi təmin etməsi hələ ötən əsrin 90-cı illərində güclü iqtisadi uğurların qazanılmasına səbəb olmuşdu. O dövrdən başlanan davamlı inkişaf bütün sahələrdə bu gün də özünü daha qabarıq şəkildə göstərir. Ölkəmizin siması dəyişib. İstər paytaxtda, istərsə də regionlarda bunu görməmək üçün gərək insan kor ola.
Heydər Əliyevin ictimai-siyasi sabitliyin təmin edilməsi ilə bağlı siyasəti ölkəmizdə olduğu kimi, rayonumuzda da uğurla davam etdirilir. Bir zaman qaynar nöqtə sayılan bu ərazi cənab Prezidentin düzgün siyasəti nəticəsində ən sabit rayona çevrilib. Hörmətli Mirdaməd müəllim rayonumuzun öz övladı olduğu kimi, bu gün həm də onun ən layiqli İcra Hakimiyyəti Başçısıdır. Məhz onun xalqa yaxın olması, dönə-dönə xalqla görüşməsi, onun problemləri ilə yaxından tanış olması, bu problemlərin vaxtında həll edilməsi elə ictimai-siyasi sabitliyin təmin edilməsi deməkdir.
Hacalı Səlimov,
Təzəkən kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz