Qürur hissi keçirirəm

Qürur hissi keçirirəm ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam. Məktəbliyəm. Bu günlərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü təntənə ilə qeyd etdik. Rayonda və təhsil aldığım məktəbdə möhtəşəm “Gül bayramı” keçirdik.
Rayonumuz günü-gündən abadlaşır. Bayramlar ərəfəsində məktəbimizə gələn yola asfalt döşədilər. Bu RİH başçısı Mirdaməd Sadıqovun biz məktəblilərə ən gözəl hədiyyəsi oldu. Mirdaməd müəllimə bu xeyirxahlığa görə məktəb kollektivi və şagird dostlarım adından minnətdarlıq edirəm.
Dərs əlaçısıyam, gələcəkdə hüquqşünas olacağam. Qürur hissi keçirirəm ki, günü-gündən abadlaşan İsmayıllıda yaşayıram.
Murad Ağazadə,
şəhər 6 nömrəli tam orta məktəbinin IX a sinif şagirdi

Şərh Yaz