Ünvanlarda görüş

İsmayıllı rayonunda 21 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, əlaqədar təşkilatların nümayəndələri, ziyalılar, məktəblilər veteranlarla yaşadığı ünvanlarda görüşmüş və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalını onlara təqdim etmişlər. Ünvanlarda görüşÜnvanlarda görüş.
Ziyarətçilər RİH-nin başçısı cənab M.Sadıqovun təbrik məktubunu və bayram hədiyyəsini veteranlara
çatdırmışlar. Sağlamlıq durumu imkan verən veteranlarla çay süfrəsi arxasında səmimi söhbət aparılmış, onların mübarizə yolu bir daha xatırlanmışdır.
G.Mirzəliyeva

Şərh Yaz