Sevinclə izləyiblər

May ayının 6-da İsmayıllı şəhər 3 nömrəli uşaq bağçası-körpələr evində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirə başlamazdan öncə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşəyə baxış keçirilib. Sonra bağça fidanlarının ifasinda Azərbaycan Resublikasının himni səslənib. Sevinclə izləyiblər
Tədbirdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Gülər Baxışova Ulu öndərin həyat və fəaliyyəti, körpələrə və gənclərə, bəşəriyyətə olan saf sevgisi və yüksək arzuları barədə məlumat verib.
Uşaqlar Ümummilli liderə həsr olunmuş şeir və mahnılar ifa ediblər. Tədbirdə iştirak edən valideynlər əziz balaların bacarıq və istedadlarını sevinclə izləyiblər.
G.Mirzəliyeva

Şərh Yaz