Ailələrin sayı artır

Bu yaxınlarda Heydər Əliyev Mərkəzində təntənəli nikah mərasimi olmuşdur. Belə nikah mərasimləri burada artıq adət halını almışdır. Həmin gün İsmayıllı kənd sakini Cəlal Hüseynli və Rufanə Həmidlinin rəsmi nikahı kəsildi. Tədbirə RİH başçısının müavini Sevil Əhmədova, İkinci Dünya müharibəsinin veteranı Niyaz Ağayev və onun həyat yoldaşı, yeni evlənənlərin qohum və dostları, tanışları qatılmışdı. İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin müdiri Hüsniyyə Osmanova yeni nikaha girən gəncləri təbrik edərək şəhadətnaməni onlara təqdim etdi.Ailələrin sayı artırRİH başçısının müavini S.Əhmədova gəncləri təbrik etdi, onlara xoşbəxtlik və ailə səadəti arzuladı. Əlli ildən artıq ailə həyatı qurmuş veteran Niyaz kişi gəncləri təbrik etdikdən sonra vurğuladı ki, siz bugün böyük məsuliyyətə imza atırsınız. Г‡alışın ki, ailənizin təməli möhkəm və uzunömürlü olsun.
Sonda tort kəsildi və gənclər mərasimə toplaşanlarla birlikdə xatirə şəkli çəkdirdilər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz