Ehtiramla yad edilir, xatirəsi əziz tutulur

6 may 2015-ci il tarixində Uşaq Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əlamətdar günlə bağlı keçirilən tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, şöbənin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, Ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqələrinin qalibi olan şagirdlər iştirak ediblər. Ehtiramla yad edilir, xatirəsi əziz tutulur
Tədbiri giriş sözü ilə RTŞ müdiri Rasim Orucov açıb. O, Ulu öndərin millətimiz və dövlətimiz üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, Ümummilli lider Azərbaycan tarixinin fövqündə dayanan dahi şəxsiyyətdir: Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri əsasında demokratik hüquqi dövlət quruculuğu strategiyasını və milli inkişaf konsepsiyasını praktiki şəkildə uğurla gerçəkləşdirən ulu öndər Heydər Əliyevin respublikamızın tənəzzül edən dövlətdən dinamik tərəqqi edən ölkəyə, hazırda sosial-iqtisadi yüksəliş tempinə görə dünyada lider dövlətə çevrilməsində xidmətləri əvəzsiz və danılmazdır.
Bu gün də cənab Prezidentimiz İlham Əliyevin gördüyü işlər sayəsində Azərbaycan özünün ən böyük inkişaf dövrünə qədəm qoyub. Cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bunu regionların timsalında daha aydın görmək olur. Təkcə rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri, tikilən yeni sosial obyektlər, məktəblər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən yaşayış binaları dediklərimizə əyani nümunədir. Bu gün İsmayıllıda ən böyük layihələrin Modul tipli elektrik stansiyasının, Velosiped zavodunun tikilməsi, içməli su probleminin həll edilməsi, avtomobil yollarının tikintisi bir sözlə, xalqın güzəranının ildən-ilə yaxşılaşması Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, RTŞ-nin metodisti Rəna Mirzəliyeva məruzələrlə çıxış etdilər. Məruzələrdə qeyd olunub ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” deyən, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər Heydər Əliyev daim xalqımız tərəfindən ehtiramla yad edilir, xatirəsi əziz tutulur.
Hər il Ümummilli liderin doğum günü ərəfəsində silsilə tədbirlər keçirilir, həyat və fəaliyyəti haqqında gənc nəslə məlumat verilir. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Tədbir məktəblilərin ifasında səslənən, Ulu öndərə həsr olunmuş musiqi və şeirlərlə davam edib.
Xalid Allahverdiyev,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz