Lətifəyə bənzər əhvalat:

“V rote qorka”
Bir neçə il əvvəl 5 saylı Bakı Şəhər Xəstəxanasının qastro-entoloji söbəsində müalicə olunurdum. Yatdığım palata iki nəfərlik olsa da, üç gün orada tək qaldım. Dördüncü gün qırx-qırxbeş yaşında, orta boylu, üz-gözünü tük basmış cılız bir kişi əlində iri, qırmızı zolaqlı çamadan qapını bərk açıb, bərk də buraxaraq palataya daxil oldu. Qapının zərbindən üzbəüz pəncərələrin şüşələri cingildədi. Kişinin ovurdları batmış, gözləri çuxura düşmüşdü. Düşündüm ki, o ya bərk xəstədir, ya da hikkəli olduğundan ətə-cana gələ bilmir. Üzümə ötəri baxdı, salam vermək əvəzinə bərkdən soruşdu:Lətifəyə bənzər əhvalat:

“V rote qorka”

Bir neçə il əvvəl 5 saylı Bakı Şəhər Xəstəxanasının qastro-entoloji söbəsində müalicə olunurdum. Yatdığım palata iki nəfərlik olsa da, üç gün orada tək qaldım. Dördüncü gün qırx-qırxbeş yaşında, orta boylu, üz-gözünü tük basmış cılız bir kişi əlində iri, qırmızı zolaqlı çamadan qapını bərk açıb, bərk də buraxaraq palataya daxil oldu. Qapının zərbindən üzbəüz pəncərələrin şüşələri cingildədi. Kişinin ovurdları batmış, gözləri çuxura düşmüşdü. Düşündüm ki, o ya bərk xəstədir, ya da hikkəli olduğundan ətə-cana gələ bilmir. Üzümə ötəri baxdı, salam vermək əvəzinə bərkdən soruşdu:
– Doktor izdes xoroşo?
Onu başa düşdüm. Həkimin yaxşı olub-olmamasını öyrənmək istəyirdi. Cavab verdim ki, mən azərbaycanlıyam, əziyyət çəkib mənimlə rusca danışmasın. Həkim də olduqca bilikli və xəstəyə canyandırandır.
Yeni gəlmiş palata yoldaşım çamadanını çarpayının altına itələdi, qar kimi ağ mələfənin üstünə paltarqarışıq uzandı. Bir-iki dəqiqədən sonra məni hədsiz qıcıqlandıran və ehtiyat etdiyim hadisə baş verdi: xəstənin xorultusu otağı bürüdü.
İof soyadlı, millətcə Avropa yəhudilərindən olan həkimimiz həqiqətən mədə-bağırsaq, qara ciyər, öd kisəsi fəsadlarını dərindən bilən, xəstələrə yaxşı diqqət yetirən mütəxəssis olmaqla, zarafatcıl, yumorla danışmağa meyilli bir adam idi.
Xəstəlik tarixinə aid anketi doldurarkən xəstə pozuq tərzdə, rus dilində izah etdi ki, rayondan gəlib, beş ildir ki, pedaqoji texnikumu bitirib, ibtidai siniflərdə rus dilini tədris edir. Bir şakəri olduğunu isə xüsusilə qeyd etdi: şəhərə gələndə milliyyətindən asılı olmayaraq hamı ilə rus dilində danışır ki, bu özünəməxsus məşqin nəticəsində rus dilində danışığı cilalansın, söz ehtiyatı zənginləşsin.
Həkim ilə dialoqundan məlum oldu ki, müəllim nəinki rus dilini zəif bilir, hətta bildiyi sözlərin də qol-qabırğasını sındırır, qrammatik qaydalara azacıq da olsa əməl edə bilmir. Bununla belə, böyük həvəs və nikbinliklə hamıyla şikəst edib, yaman günə qoyduğu rus dilində danışmaqdan çəkinmir.
Ertəsi gün səhər-səhər həkim palataya daxil olub bizi salamladıqdan sonra mən bir az rahat nəfəs aldım. Düşündüm ki, həkim İof da qoy öz xəstəsinin rus dilində “dərin qabiliyyətini” bir daha müşahidə etsin, mən isə bir qədər nəfəsimi dərim.
Həkim xəstənin çarpayısının kənarında oturub onun qarın nahiyyəsini əllə müayinə zamanı istehzalı təbəssümlə soruşdu:
-Kak çuvstvuyet sebya naş uvajayemıy uçitel russkoqo yazıka (Bizim hörmətli rus dili müəllimi özünü necə hiss edir)?
Xəstə danışığına meydan açıldığını görüb, dərhal dərdini bildirdi:
-Vaşa uçitel ruskoqo yazıka çustuvuet oçen ploxo. Niçeqo ne kuşayit, patamu çto v yeqo rote qorko (Sizin rus dili müəllimi çox pis hiss edir. Heç nə yemir, ona gorə ki, onun rotasında acılıq var).
Həkim sifətinə saxta ciddilik verdi, yeni tapıntı ilə rastlaşmış kimi:
– Kak ya ponyal, vı krome uçitelstva, yeşşo çelovek voennıy, komandir rotı. Vo-pervıx, vam nado bılo leçitsya v voennom qospitale, otsyuda ne daleko, v mikrorayone, okolo mosta. Vo-vtorıx, ne padayte duxom –“ qorko, ploxi dela ne tolko v vaşey rote, qorko vsya naşa jizn (Başa düşdüyümdən, siz müəllimlikdən əlavə, həm də hərbiçi adamsınız, rota komandirisiniz. Birincisi, siz hərbi hospitalda müalicə olunmalıydınız, buradan heç də uzaq deyil, mikrorayonda, körpünün yanındadır. İkincisi, ruhdan düşməyin, acılıq, işlərin pis olması təkcə sizin rotada deyil, bütün həyatımız acıdır).
Sizi inandırım ki, rus dili müəllimi həkimin bu istehzasından bir şey anlamadı. Ağzının acı olmasını rus dilində “vo rtu qorko” kimi deməyi bacarmayan müəllimin biçarə uşaqlara rus dilini necə öyrətməsi həkimi də, məni də heyrətləndirdı.
Miryavər Hüseynov,
Basqal qəsəbəsi

Şərh Yaz