Nikahdan əvvəl tibbi müayinə

Ailə və nikah sosial institut kimi, bir çox funksiyaları yerinə yetirir. Əksər tədqiqatçıların fikrincə, bunlardan ən mühümü reproduktiv funksiyalardır.
Reproduktiv hüquqlar insan hüquqlarının ayrılmaz hissəsidir. Bu, insan hüquqları sahəsində beynəlxalq standartlara əsaslanır və hər bir şəxsə nikah bağlamaq, məcburiyyət olmadan nəsil artırmaq məsələlərində sərbəst qərar qəbul etmək imkanı verir.
Cinsindən, irqindən, yaşından və dinindən asılı olmayaraq hər bir insanın reproduktiv və sosial sağlamlıq hüququ vardır.
Gələcək ailə cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirdikləri övladları barədə də fikirləşməlidirlər.
Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır.
Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi –“ dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.
Ailə həyatı qurmazdan əvvəl tibbi müayinə – tibb müəssisələrində həkim müayinəsi (psixoloq, narkoloq, dəri-zöhrəvi, vərəm və sair) və aidiyyəti üzrə analizlərin verilməsindən ibarətdir.
Tibbi arayış dövlət və özəl tibb müəssisələrində təsdiq edilə bilər. Müayinədən sonra verilmiş tibbi arayış ailə həyatı quran insanları bir sıra problemlərdən sığortalayır. Hər bir insanın düzgün qərar qəbul edə bilməsi üçün onun dəqiq informasiyası olmalıdır. Tibbi müayinə insanların onlara bəlli olmayan xəstəliklərinin (vərəm, sonsuzluq, QİГ‡S, psixi, dəri-zöhrəvi və s.) üzə çıxmasına imkan verir. Ailə quracaq insanların biri-birinin səhhəti barədə tam məlumatı olmalıdır. Yalnız məlumat əldə edildikdən sonra ailə həyatı qurub-qurmamaq barədə şüurlu surətdə qərar çıxardıla bilər.
Gələcək nəslin taleyi dünyaya gələcək övladın fiziki və əqli cəhətdən sağlam olmasından asılıdır.
Nikaha daxil olmazdan əvvəl tibbi müayinənin məqsədi sağlam ailə özəyinin qurulması, nikaha daxil olan uşaqların dünyaya irsi və ya anadangəlmə xəstəliklərlə gəlməsinin qarşısının alınmasına nail olmaqdır.
Sorğu zamanı cəmiyyətimizdə reproduktiv sağlamlıq anlayışının bəzi vacib aspektləri öyrənilmişdir. Bunlara hər şeydən əvvəl, insanların reproduktiv yönəlmələri və reproduktiv davranışı aiddir.
Fokus qruplarında iştirakçıların əksər hissəsi nikahdan əvvəl tibbi müayinənin vacibliyinə müsbət münasibətini bildirmişlər. Gələcək övladların irsi xəstəliklərlə doğulacağı və yaxud ümumiyyətlə, dünyaya uşağın gəlməməsi ehtimalı (sonsuzluq) gəncləri ən çox narahat edən problemlər siyahısındadır. Fokus qruplarının iştirakçıları sırasında nikahdan əvvəl tibbi müayinənin məcburi olaraq keçirilməsinə heç bir ehtiyac olmadığını bildirən gənclər də vardır. “Hər bir insan öz sağlamlığına özü şüurlu surətdə nəzarət etməlidir”, söyləyən gənclər mütəmadi olaraq həkim müayinəsindən keçdiklərini bildirmişlər. Sorğu iştirakçıları eyni zamanda özlərinin qan qohumu ilə nikaha daxil olmalarını da qeyri-mümkün hesab edirlər.
Bu yanaşma ilə bağlı kişilərdən təşkil olunmuş fokus qrupunun iştirakçıları da məsələyə mənfi münasibətlərini bildirmişlər.
İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzi

Şərh Yaz