Qurbanəfəndi kəndində görüş

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 17 aprel 2015-ci il tarixdə Qurbanəfəndi kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.Qurbanəfəndi kəndində görüşQəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
M.Sadıqov kənd sakinlərini salamlayıb onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğıdan, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Kənd sakinləri RİH başçısından kəndə qaz çəkilməsi və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı xahişlərini çatdırıblar.
Sakinlərdən Ramiz Səfərov həmkəndliləri adından Qurbanəfəndidən xeyli aralıda, İvanovka kəndi yaxınlığında yerləşən pay torpaqlarından lazımınca istifadə edə bilməmələri səbəbindən orada qəsəbə salınması təklifi ilə çıxış edib. Faiq Ələsgərov isə, həmin pay torpaqlarında subartezian quyusunun qazılmasını xahiş edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Qurbanəfəndi kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə əlaqədar müvafiq təşkilatların rəhbərlərinə məlumatların çatdırılacağını bildirib. Həmçinin, yerli təşkilat rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz