Talış kəndində səyyar görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aprel ayının 20-də Talış kəndində sakinlərlə görüş-qəbul keçirib.Talış kəndində səyyar görüş-qəbulKənd sakinlərini salamlayan M.Sadıqov çıxış edərək, prezident İlham Əliyevin ölkədə hər bir regiona, xüsusilə də İsmayıllıya göstərdiyi diqqət və qayğıdan, rayonda uğurla həyata keçirilən yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Başçı kənd sakinlərinin müraciətlərini dinləyib.
Г‡ıxış edənlər rayonda, ölkədə görülən işlərə, həyata keçirilən layihələrə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səslənən müraciətlərdə kənddə tibb məntəqəsinin və kitabxananın açılmasının vacibliyi xüsusi qeyd olunub. Sakinlər həmçinin qazılmış artezian quyusundan fərdi evlərə su çəkilməsini, kəndin girəcəyində körpünün təmirini və kəndarası yollara çınqıl döşənməsini xahiş ediblər.
Müraciətləri diqqətlə dinləyən başçı onların həlli barədə rayonun aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz