Təşəkkür məktubu

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd SadıqovaTəşəkkür məktubuHörmətli Mirdaməd müəllim!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız özünün ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü yaşayır. İqtisadi, siyasi, sosial, mədəni sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizin qüdrətini daha da artırır, sürətli və ardıcıl inkişafa təkan verir.
Qeyd etmək istəyirəm ki, cənab Prezidentin 22 sentyabr 2014-cü il İsmayıllıya tarixli səfəri rayonumuzun inkişafına, əhalinin rifah halının yüksəlməsinə, bizi daha yaxşı işləməyə ruhlandırmışdır.
Azərbaycanın mirvarisi olan İsmayıllı da Respublikamızda gedən inkişaf və tərəqqiyə qoşulmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğunuz vaxtdan Sizin rəhbərliyiniz sayəsində bütün qüvvələr problemlərin həllinə yönəlmiş, inkişaf və tərəqqiyə yol açmış, sadə vətəndaşların həyatına zənginlik gətirmişdir. Sosial məsələlərlə yanaşı mənəvi quruculuq sahəsində gördüyünüz işlər, həyata keçirdiyiniz ardıcıl tədbirlər böyük zənginlik kəsb etməklə ali bir məqsədə xidmət edir. Elm, təhsil, incəsənət, idmanla bağlı keçirilən kütləvi tədbirlər xüsusi coşqu yaratmaqla, rayonda yeni düşüncə tərzinin formalaşmasına şərait yaratmışdır. Cənab başçı, Siz gənclərə, yaradıcı insanlara, elm adamlarına, mədəniyyət işçilərinə dəstək durmaqla onların könül dünyasını tikib-qurmusunuz.
Şəxsi təşəbbüsləriniz və yaxından köməyinizlə neçə-neçə müəllim, səhiyyə işçisi, incəsənət adamı, dövlət qulluqçusu ölkəmizin ali mükafat və təltiflərinə layiq görülmüşdür. Xəstələrə, imkansızlara, qocalara, tənha və kimsəsiz şəxslərə etdiyiniz yardımlar, maddi və mənəvi dəstək rəhimli qəlbinizin, Allah adamı olmağınızın, çevik müşahidələrinizin, rəhbərlik bacarığınızın nəticəsidir.
Hörmətli Mirdaməd müəllim!
Sizin rayona rəhbərliyiniz sayəsində biz incəsənət adamları da sonsuz qayğı və diqqətlə əhatə olunmuşuq. İşlədiyimiz Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, müasir mebel və avadanlıqlarla təchiz edilmişdir.
Bütün tədbirlərin, konsert proqramlarının sonunda bizimlə görüşməyiniz, problemlərimizlə maraqlanmağınız, həlli çətin məsələlərdə bizə yardımçı olmağınız, səhnə geyimlərimizin, musiqi alətlərinin alınmasına köməklik göstərməyiniz, rayonda mədəniyyət sahəsinin inkişafına rəhbər yanaşmanız bizi ürəkdən sevindirir. Heç vaxt görmədiyimiz qayğı ilə əhatə olunduğumuzu dərk edir, daha yaxşı işləməyə ruhlanırıq. Г‡alışırıq ki, etimadınızı doğruldaq, uğurlarımız, nailiyyətlərimiz ilbəil artsın. İsmayıllının təbiəti kimi mənəvi dünyası da zənginləşsin.
Əziz Mirdaməd müəllim, bütün bunlara görə Sizə öz dərin təşəkkürümüzü, minnətdarlığımızı, hörmət və ehtiramımızı ifadə edirik. Arzu edirik ki, doğulub boya başa çatdığınız bu yurda –“ İsmayıllıya uzun illər rəhbərlik edəsiniz!
Dərin hörmətlə, rayonun mədəniyyət işçiləri adından müğənni:
Sahibə Abdullayeva

Şərh Yaz