Əmək yarmarkası keçirildi

Aprelin 14-də İsmayılı Rayon Gənclər Mərkəzində Əmək yarmarkası keçirilib.Əmək yarmarkası keçirildiYarmarkadan öncə işaxtaranlarla görüş keçirilib. Görüşü giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov yarmarkada təklif olunan vakant iş yerləri haqqında məlumat verib. Daha sonra çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əmək yarmarkalarının keçirilməsinin əhəmiyyətindən, İsmayıllı rayonunun perspektiv inkişafından danışıblar.
Yarmarkada 46-sı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Bunlardan 122-i qulluqçu, 144-ü fəhlə peşələri üzrə iş yerləri olub.
Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə əmək bazarının tələblərinə uyğun olaraq peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin də qeydiyyatı aparılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz