Daha ciddi olmalı

Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.Daha ciddi olmalıRayonun hüquq-mühafizə orqanlarının və xidməti idarə rəhbərlərinin də iştirak etdiyi iclasda rayon ərazisində yaşıllıq zolaqlarının salınması, yerli əhəmiyyətli yolların əsaslı təmiri, erkən nikah, onun fəsadlarının aradan qaldırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr təhlil olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olduğunu bildirib və bu siyasətin uğurla davam etdiyini söyləyib. Bildirib ki, yaxın zamanlarda rayonun avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Müzakirələrdə erkən nikahin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğu bildirilib. Gənclərin erkən nikaha cəlb olunmasına qarşı hər kəsin mübarizə aparmalı olması, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə daha ciddi olmaları qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı təhlil olunan sahələrdə problemlərin də olduğunu bildirib, onların həlli istiqamətində görüləcək işlər haqqında göstərişlər verib.
S.Rəhimova

Şərh Yaz