Adın vüqarlıdır–¦

Bu günlərdə ölkəmizin hər yerində oftolmologiya elminin inkişafında böyük xidmətlərgöstərmiş, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci il dönümü dərin sevgi və ehtiramla qeyd edilir.Adın vüqarlıdır–¦Bu münasibətlə Gəndov kənd ümumi orta məktəbində “Adın vüqarlıdır sənin ey qadın” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, RİH başçısının Təzəkənd kənd İƏD-i üzrə nümayəndəsi Feruz Kərimov, Təzəkənd bələdiyyəsinin sədri Azər Bağırov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramiz Baloğlanov iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Xuraman Qurbanova açıb. O, Zərifə xanımın zəngin və mənalı ömür yolundan, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün örnək, kamillik məktəbi olmasından danışıb.
Təhsil şöbəsinin məsul işçisi R.Baloğlanov çıxışında görkəmli alimin Azərbaycan oftolmologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı – ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən söz açıb.
RİH başçısının Təzəkənd kənd İƏD-i üzrə nümayəndəsi Feruz Kərimov çıxışında Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirildiyini diqqətə çatdırıb. O bldirib ki, akademik Z.Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların dərin rəğbət və ehtiramını qazanıb. Hazırda da onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar.
Anım mərasiminin sonunda şagirdlər Zərifə Əliyevaya və onun timsalında analara həsr edilmiş şeirlər oxuyublar.
Tədbirdən sonra məktəbin kollektivi Z.Əliyevanın unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq məktəbin həyətində ağaclar əkib, ağartma və təmizlik işləri aparıblar.
İlham Səmədov,
məktəbin müəllimi

Şərh Yaz