Məqsəd maarifləndirməkdir

21 aprel 2015-ci il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin “Azərbaycan Olimpiadada-Olimpiada Azərbaycanda” regional layihəsinin təqdimat mərasimi keçirildi.Məqsəd maarifləndirməkdirMərasimi rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açaraq qonaqları salamladı və gənclərin iştirakı ilə rayonda gedən hərtərəfli inkişaf barədə qısa məlumat verdi.
İctimai Birlik haqqında layihənin icraçı direktoru Nicat Rəhimov ətraflı bəhs etdi. İsmayıllı gənclərini “Gənclər paytaxtı”nda təbrik salamlamaqdan məmnun qaldığını bildirdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gələn qonaqları salamladı və rayon gənclərinin, eləcə də idmançılarımızın uğurlarını onların diqqətinə çatdırdı.
Layihə haqqında ətraflı məlumatı təlimçi Rasif Qaçayev verdi. Adından göründüyü kimi, Olimpiadanın tarixindən və Azərbaycanın Olimpiadaya qatılma tarixlərindən, layihədə qoyulan məqsəd istiqamətində geniş açıqlamalar verildi.
Layihənin əsas məqsədi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının Azərbaycan üçün beynəlxalq əhəmiyyətinin vacibliyini ətraflı şəkildə iştirakçıların nəzərinə çatdırıldı. Layihə Zərdab, Göyçay, İsmayıllı, Qəbələ, Şəki şəhərlərində ardıcıl olaraq icra edilib. Layihə maarifləndirici xarakter daşıyır.
Tədbirdə iştirak edənlərə“Azərbaycan Olimpiadada – Olimpiada Azərbaycanda” məlumatları əsasında hazırlanmış bukletlər, köynək və papaqlar təqdim edildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz