Dördqat Azərbaycan çempionu

Son illər rayonumuzda məktəblilərin ən qədim intellektual oyun olan şahmata marağı xeyli artmışdır. Dördqat Azərbaycan çempionuBunu şahmatçılarımızın qazandıqları nəticələr də sübut edir. Gənc şahmatçılar respublika səviyyəli müxtəlif yarışlarda medallara layiq yerlər tuturlar. Bu yaxınlarda yeni bir şad xəbər almışıq. Məlum olduğu kimi, aprelin əvvəlləri Bakı şəhərində ənənəvi olaraq, şahmat məsələlərinin həlli üzrə ölkə çempionatı keçirilir. Bu il Respublika Şahmat Mərkəzində keçirilmiş Azərbaycan çempionatı sayca 36-cı idi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, İmişli, Qəbələ, Şabran, Qobustan, Naftalan) 29 şahmatçı mübarizə aparmışdır. Г‡empionatda idmançılara dünya və Avropa çempionatlarındakı kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
Gərgin mübarizədə qaliblər yalnız son –“ altıncı turdan sonra məlum oldu. Bizim üçün çox fərəhləndirici haldır ki, qalib həmyerlimiz olmuşdur. Qalib 90 mümkün xaldan 82,75 (344 dəqiqə) xal toplayan İsmayıllı şahmatçısı, beynəlxalq usta Ramil Cavadov oldu. Bununla da dördqat ölkə çempionu adını qazandı və qızıl medalı boynundan asdı. İkinci yeri 81,5 (265 dəq.) Sumqayıt nümayəndəsi, şahmat üzrə beynəlxalq usta Misrətdin İsgəndərov, Qəbələ şahmatçısı, 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov 75 xalla (285 dəq) üçüncü yeri tutmuşdur. Ramil Cavadov əksmatda da qalib adını qazanmışdır.
Komanda hesabında da şahmatçılarımız (Ramil Cavadov və Cahangir Niftəliyev) 108,75 xal toplayaraq birinci olmuşlar. Digər yerləri Bakı-1 və Sumqayıt komandaları tutmuşlar. Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim edilmişdir.
İlham Vahabov

Şərh Yaz