E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey texniki və təbiət təmayüllü siniflərə daxil olmaq üçün sənədlərin qəbuluna 13 aprel 2015-ci il tarixdən başlayacaqdır.Məktəb-liseyə qəbul imtahanları test üsulu ilə 16 may 2015-ci il tarixdə, saat 11:00-da, məktəbin binasında keçiriləcək.
– Texniki təmayüllü siniflərə: riyaziyyat, fizika, informatika, Azərbaycan dili;
– Təbiət təmayüllü siniflərə: biologiya, coğrafiya, riyaziyyat, Azərbaycan dili fənlərindən imtahan keçiriləcəkdir.
Lisey siniflərinə yalnız hazırda VI sinifdə oxuyan şagirdlər müsabiqə yolu ilə qəbul ediləcəklər.
Məktəb-liseydə təhsil pulsuzdur.
Liseyə qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
– valideynin ərizəsi,
– VI sinifdə oxuması və birinci yarımilə aid qiymətlərin göstərildiyi arayış.
Direktorluq

Şərh Yaz