Regional olimpiada

Aprel ayının 2-də Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində rus dili və ədəbiyyatı fənnindən zona olimpiadası keçirilib. Bu olimpiadada Azərbaycan və rus bölmələrinin 7, 8 -ci sinif şagirdləri iştirak ediblər. Regional olimpiada40 nəfərə yaxın şagird Olimpiadanın iştirakçısı olub. Olimpiada Bakı şəhəri Rusiya Mədəniyyət İnformasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmişdir. Olimpiadada Təhsil Nazirliyinin nümayəndəsi N.Əliyev, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi M,Məhərrəmov, İsmayıllı rayonu Təhsil Şöbəsinin müdiri R,Orucov, Təhsil Şöbəsinin rus dili üzrə metodbirləşmə sədri H.Əsədov iştirak ediblər.
Olimpiadada İsmayıllı, Bərdə və Ağdaş rayonlarından olan şagirdlər biliklərini sınayıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz