Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov 25 aprel 2015-ci il tarixdə Göyçay şəhərində bölgə üzrə vətəndaşların qəbulunu keçirəcəkdir.Qəbul zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciət edən aşağıdakı şərtlərə uyğun şəxslər iştirak edə bilərlər:
* Həqiqi hərbi xidməti tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;
* Boyu 175 santimetrdən yuxarı (qadınlar üçün 170 santimetr);
* Düzgün bədən quruluşlu, idman cüssəli, tam orta təhsilli;
* Yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta ixtisas və ya ali təhsilli, 3 ildən az olmayaraq sürücülük stajı olan, kompyuterdən istifadə etməyi bacaranlar.
Daxili işlər orqanlarında xidmətə qəbulla bağlı məlumat almaq üçün əlaqə telefonu: 050-640-80-60
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz