Peşə Tədris Mərkəzində bayram şənliyi

Peşə Tədris Mərkəzində bayram şənliyi17 mart 2015-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində torpaq çərşənbəsi qeyd edilmişdir.Tədbirdə tələbələrin hazırladığı konsert proqramı, meydan oyunları xoşa gəlimli idi. Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qeyd olunmuş milli rəqslər, bahar ruhlu mahnılar ifa olunmuşdur.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman İdarəsinin işçiləri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi də iştirak etmişdir. Qonaqlar çıxış edərək bayram münasibətilə Peşə Tədrisi Mərkəzinin müəllim və şagird kollektivini təbrik etmişlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz