Layihənin əsas hədəfləri

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə İsmayıllı rayonunda “Gənc əkinçi” layihəsinin həyata keçirilməsinə başlayıb. Layihənin əsas hədəfləri“Gənclər paytaxtı” seçilən İsmayıllıda keçirilən təlimlərə ölkə mətbuatını təmsil edən 30-dək gənc jurnalist cəlb olunub.
Martın 12-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov layihə iştirakçıları ilə görüşüb. Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan görüşdə RİH başçısı son illər rayonda sosial-iqtisadi sahədə qazanılan uğurlardan, gənclərin cəmiyyətdə rolunun artırılması məqsədilə görülən işlərdən danışıb, “Gənc əkinçi” layihəsinin önəmini vurğulayıb. İcra başçısı gənc jurnalistlərin suallarını cavablandırıb.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin İsmayıllıda keçirilməsindən məmnunluğunu bildirərək Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısından danışıb, eyni zamanda onlara göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonra İsmayıllı Mədəniyyət Sarayında “Gənc əkinçi” layihəsinin açılış mərasimi keçirilib.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Türkan Xəlilova layihə barədə məlumat verib.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli, tanınmış jurnalist Nadir Şəfiyev çıxış edərək bildiriblər ki, peşəkar jurnalistikanı formalaşdırmaq, kütləvi informasiya vasitələri arasında əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaq “Gənc Əkinçi” layihəsinin əsas hədəflərindəndir. Eləcə də, gənc jurnalistlərdən ibarət komandanın formalaşdırılması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etmək qarşıya məqsəd qoyulub.
Gənc jurnalistlərin maarifləndirilməsi məqsədi ilə həyata keçirilən layihə martın 15-dək davam edıb. Layihə iştirakçıları üçün peşəkar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçirilib. Yaradılmış qruplarla təlimlər başa çatdıqdan sonra da mütəmadi iş aparılacaq. Bununla yanaşı, gənc jurnalistlər üçün dil kurslarının təşkili, onların müxtəlif ölkələrin KİV-lərində təcrübə proqramlarında iştirakı və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il “Gənclər paytaxtı” elan edilən İsmayıllıda bu səpkidə bir sıra təlimlərin keçirilməsi planlaşdırılır.
“İsmayıllı xəbərləri”
Layihənin əsas hədəfləri
Layihənin əsas hədəfləri

Şərh Yaz