Böyük qələbələr kiçik uğurlardan başlayır

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi bütün layihələrdə yaxından iştirak edir, burada çalışanlarla sıx əməkdaşlıq aparır.Böyük qələbələr kiçik uğurlardan başlayırAzərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində 3 yaş qrupunda keçirilən “Vətənin pərvəri ol!” yaradıcılıq müsabiqəsində İsmayıllı təmsilçiləri də iştirak edib. Keçirilən müsabiqənin tələblərini daha dolğun təqdim edən Ismayilli rayon Heydər Əliyev Mərkəzi və direktoru Şəkər Haciyevaya təşəkkürnaməyə təqdim olundu. Həmçinin, Mərkəzin əməkdaşı Rəsmiyyə Məmmədova 26-35 yaş arası müsabiqə iştirakçıları arasında respublika birincisi oldu. Onun fərqlənməsi Diploma və plansetə layiq görüldü. Gülər Səlimliyə tərifnamə verildi.
Ismayilli rayon Heydər Əliyev Mərkəzi yeni bir layihəyə imza atdı və sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti müsabiqələrdə iştirak edəcək .
Böyük qələbələr kiçik uğurlardan başlayır. Qalibləri təbrik edir, uğurlariniz davamlı olsun, deyirik.
Qönçə Ağazadə,
Heydər Əliyev Mərkəzinin əməkdaşı

Şərh Yaz