Musa Yaqubdan seçmə bəndlər

Torpaq müqəddəsdir,
Torpaq müqəddəs,
Gərək yadımızdan çıxmasın bu dərs
O ürək kimidir, satıla bilməz,
Vətəndi,
Atadı,
Anadı torpaq.
Musa Yaqubdan seçmə bəndlərMusa Yaqubdan seçmə bəndlər

Torpaq müqəddəsdir,
Torpaq müqəddəs,
Gərək yadımızdan çıxmasın bu dərs
O ürək kimidir, satıla bilməz,
Vətəndi,
Atadı,
Anadı torpaq.
***
Hamıya pay verib ömürdən bir az,
Məndədir,
Səndədir,
Müəllim ömrü.
***
Ürəyi paxırlar, görünməyin bir,
Xəbislər, paxıllar, görünməyin bir,
Bir az duyğuluyam,
Bir az hallıyam.
A baxışı kobud, o tərəfə bax,
Zərif hisslərimə heyifim gəlir.
***
Bu dünyada sevinc də var, dərd də var,
Hərəsi bir yana çəkər könlümü.
Yaxşı ki, namərd yanında mərd də var,
Biri söksə, biri tikər könlümü.
***
Yaxşı adamları qoruyaq gəlin!
Bədxah niyyətləri,
əyri nəzəri
Düzlük qorxusuyla öldürmək olar.
Dişlərində zəhər gəzdirənləri
Yarpız qoxusuyla öldürmək olar.
***
Dost sözü bir çəmən ətri,
Namərd sındıracaq xətri.
Bir-iki bədxahdan ötrü,
Xeyirxah eldən incimə.
***
Biri var,
Könlümü yaman sındırıb
Özü yanan deyil
Məni yandırıb,
Onu da vecimə almayacam
beş-altı günlük.
***
O kimdir ki, o ağlasa gülərəm,
Hiyləsini gözlərindən bilərəm.
Düşmən olsa, öhdəsindən gələrəm,
Dost olmasa mənə quyu qazanım.
***
Məsləksiz adam var yaşar birtəhər,
Yoxdur ki, tapıla üz bişərəfdə.
Tərəzi gözünə girsə tərəflər,
O quyruq bulayar ağır tərəfdə.
***
Öz fürsətində qurd,
Özgə fürsətində quzudur,
Saman altında sudur
Namərdlər.
***
Heç demə, zaman belə,
Dövran belə, insan belə.
Yeri bağlı, göyü bağlı
Kibrit çöpü olsan belə,
Bir kimsənin çırağını
Yandırmamış söndüsə, heç.
***
Arını, milçəyi yerbəyer elə,
Onda bu çiçəklər pətəyə dolar.
Min pay bəs eyləmir bir əyri ələ,
Min düzü bir payla yaşatmaq olar.
***
Heç isti görmədim bir yad nəfəsdə,
Ürəyim, kamını bu eldən istə.
Vətənin bir qarış torpağı üstə,
Yaşaya biləydim ölənə kimi.
***
Sərçeşməni bulandırıb özləri,
Bizi yeyən yalquzaqlar nə idi?
Eyham üçün bir-birini tapdayan
Stol altda o ayaqlar nə idi?
***
Orda bulanıq su hopur torpağa,
Burada üzə çıxıb, dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
***
Sapı özümüzdən olan baltanın,
Tiyəsindən haray, sapından haray!
Haray dərdlərimiz, acılarımız,
Balta sapı olan ağaclarımız!
***
Bədxahları xar görmüşəm,
Ocağı kül, otu həşəm.
Mən çoxdandır gül əkmişəm,
Sən tikan əkdiyin yerdə.
***
Hələ ki, ədalət güc tərəfdədi
Siyasət tərəfdə, bic tərəfdədi,
Zorbanın əlində, zorun əlində,
“Bığımızn altından keç” tərfədədi
Vallah BMT-lik deyil bu dünya.

Şərh Yaz